Cəbrayıl sakini Əliheydər Əliyev "AZƏRAVTOYOL" 8 saylı yol İdarəsinin müdiri Əliheybət Şirinovun Dövlət Büdcəsindən yolların çəkilişi və təmiri üçün ayrılan pulların qeyri qanuni olaraq mənimsədildiyini və onun 5-ci kalona xidmət etdiyini iddia edir. Vətəndaş Əliyev Əliheydər saytımız vasitəsilə müraciətinin Respublika Prezidentinə və digər aidiyyəti qurumlara çatdırılmasını xahiş edir. Həmin müraciəti xirda ixtisarla təqdim edirik:
"Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin korrupsioner məmurlara qarşı apardığı qətiyyətli mübarizə göz önündədir. Belə bir vaxtda Dövlət və Xalq malını talan edən korrupsioner məmurlardan biri də “Azəravtoyol”un 8 saylı Yol İdarəsinin müdiri Şirinov Əliheybətdir. Şirinov Əliheybət Dövlət Büdcəsindən yolların çəkilişinə və təmirinə ayrılan pulları mənimsəyir, özününküləşdirir.
Cənab Prezident Dərnəgül yolunun çəkilişinə 101 milyon pul ayırmışdı, sevindirici və alqışa layiq bir işdi, lakin 3-4 ildi çəkilən bu yol get-gedə çökür, yamaq yamağın üstündədi, amma Aeroport yolu 15 ildi çəkilməsinə baxmayaraq öz keyfiyyətini qoruyub saxlayir. Hələ 2015-ci ildə Əliheybət Şirinov Dərnəgül yolundan 40 milyon qazanc götürdüyünü deyirdi.
Şamaxının “TENDER KRALI”na çevrilən Əliheybət Şirinov Şamaxı-Dağ göylər yolunun 10 km-lərlə hissəsinə üst aşırımı vurmayıb, su ötürücülər, svaylar qoymayıb və bunların hamısının pulu mənimsənilərək Əliheybətin şəxsi biznesinin artmasına yönəldilmişdir. Qonaqkənd, Cəbani yolunda da yenə həmin qaydada çox keyfiyyətsiz iş (əgər buna iş demək mümkündürsə) görülüb, yolun müəyyən hissəsi ümumiyyətlə çəkilməyib. Şamaxıda Cəbanidə məktəb tikintisini yarımçıq saxlayıb. Demək olar ki, Şamaxıda yolların böyük əksəriyyəti 8 saylı Yol İdarəsi tərəfindən çəkilib və heç biri də bir ildən artıq getməyib.
Maraqlıdır ki, bunun çəkdiyi yolları Saleh Məmmədov necə təhvil götürür, sənəd üzərində yol var, amma reallıqda yox dərəcəsindədir. Saleh Məmmədovun bu işdə marağı nədir ki, Əliheybətin korrupsioner işlərinə göz yumur, onları ört-basdır edir?.
Əliheybət Şirinovun Respublikanın hər yerində qiymətləri milyonlarla ölçülən villaları, zavodları, obyektləri var. Özü və oğlanları sürdüyü maşınların qiymətləri fantastik rəqəmlərlə ölçülür. Görəsən 1500 manat əmək haqqı alan bir adam bu qədər mala, mülkə, varidata necə sahib olur? Əlbəttə, bu sualın bir cavabı var : Büdcədən yola ayrlan pulları oğurlamaqla.
Bu qədər oğurladığı pullar bəs deyilmiş kimi hətta bu korrupsionerə işğaldan azad olunmuş rayonlarımızda da yeni işlər vermək istəyirlər. Saleh Məmmədovun Əliheybət Şirinovun idarəsindən başqa yol çəkə biləcək bir idarəsi yoxdurmu?
Hacıqabul rayonunun Muğan kəndində Əliheybət Şirinov özünə məxsus fərmanın həyətində tikdirdiyi otel camaat üçün deyil, təkcə Maliyyə Naziri Samir Şərifov üçün nəzərdə tutulub. Həftə sonları buraya xüsusi kababçı da gətirərək kef məclisləri qururlar.
Ümumilikdə 5-ci kalona xidmət edən bu adamın rəhbərlik etdiyi idarədə özbaşınalıq, anarxiya baş alıb gedir. İşləyənlər əmək haqlarını, işdən çıxanlar isə əmək kitabçalarını ala bilmirlər. Bəzi işçilər işdən çıxanda bilirlər ki, bunlar qeyri-rəsmi olaraq işləyiblər, vergidən yayınmaq üçün işçilərlə əmək müqaviləsi bağlamırlar.
Hörmətli Əli müəllim! Əliheybət Şirinovun 5-ci kalona xidmət göstərdiyini təsdiq edən faktlar göz qabağındadır. 2019-cu ildə Cənab Prezident Almaniyaya işgüzar səfər edəndə orada qabağa çıxıb “diktator” deyə qışqıran Ravil, xaricdə oturub Dövlətimiz, Prezidentimiz və onun ailəsi haqqında böhtan dolu təhqiramiz çıxışlar edən Süleyman Süleymanlı məhz Azəravtoyolun 8 saylı idarəsində əvvəllər yüksək əməkhaqqı alıblar və bu gün də Əliheybət Şirinov tərəfindən maliyyələşdirilirlər. Azəravtoyolda “gizlənib” 5-ci kalona xidmət edən Əliheybətin şimal zonasında olan obyektlərinin çoxu Prezidentimizi təhqir edən Ravilin əmisinin adınadır. Bu faktları Saleh Məmmədov da bilir və yenə də Əliheybəti müdafiə etməyə davam edir.
İnanırıq ki, bu işlər dərindən araşdırılacaq , Əliheybət Şirinov və onu müdafiə edənlər barəsində qanun səviyyəsində ölçü götürüləcəkdir.
Əliheydər Əliyev."
Bölməyə aid digər xəbərlər