11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Vətəndaşın qanuni torpağı rüşvət müqabilində erməni əsilli birinə satılıb... - QAZAXDA.. (Video-foto)

Qazax rayon  II Şıxlı kənd sakini, 1941-ci ildə  anadan olmuş,  2-ci qrup əlil Nəsibov Vaqif  Aslan oğlu ATİA.AZ saytına video müraciət edərək,  Qazax  rayon Xalq Deputatlar Sovetinin 03 iyun 1994-cü il tarixli 47 №-li qərarı ilə ona verilmiş daimi  mülkiyyət və sahiblik, həmişəlik istifadə  hüququna dair dövlət aktına əsasən notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən  2.5 hektar torpaq sahəsinin və həmin sahədə yerləşən, Nəsibov Vaqifin   direktor olduğu  "Aslan" kiçik müəssisəsinin daimi və həmişəlik istifadəyə verilmiş olduğu halda Dövlət Aktının 1997-ci ildə pozulmasından şikayət edir. Vətəndaşın verdiyi məlumata və təqdim etdiyi sənədlərə əsasən  həmin bu cinayəti törədən 1997-ci ildə II Şıxlı kənd icra rəhbəri işləyən Məmmədov Arif Məmməd Oğlu,  II Şıxlı kəndinin sovxoz direktoru Şəmiddin Hüseynov, Qazax Rayonunun yer quruluşçusu  mütəxəssisi Yusibov Yusib adlı şəxslərdir. Əldə olunmuş məlumata görə kənd icra nümayəndəsi  Məmmədov Arif II Şıxlı kəndində qeyri qanuni yaşayan, erməni əsilli  Tondilli Lisinor Simon qızının oglu, Şamxalov Rafiqdən rüşvət alaraq vətəndaş Nəsibov Vaqif  Aslan oğluna məxsus "Aslan" kiçik müəssisəsinin torpağını Lisinorun övladlarına və nəvələrinə satıb. Arif Məmmədov, Şəmiddin Hüseynov,  Yusibov Yusib əlbir olaraq vətəndaş Nəsibov Vaqif  Aslan oğluna və onun ailə üzvlərinə  küllü miqdarda maddi ziyan vuraraq kəndin,  rayonun,  Dövlətin adına ləkə gətiriblər.
Şikayətşi vətəndaş bir çox Qurumlara müraciət etsə də şikayətinə baxan olmayıb.
        
Nəsibov Vaqif  Aslan oğlu saytımız vasitəsi ilə şikayətinin Möhtərəm Prezidentimiz, hörmətli İlham Əliyev Cənablarına və digər aidiyyati Qurumlara çatdırılmasını xahiş edir.
ATİA.AZ olaraq ümid edirik ki,  bütün  Azərbaycan vətəndaşlarının qayğısına qalan Möhtərəm Prezidentimiz Nəsibov Vaqif  Aslan oğlunun əlindən alınmış torpaq sahəsini qeyri-qanuni olaraq rüşvət müqabilində satanlar haqqında aidiyyati qurumlara ciddi tapşırıqlar verib onların cəzalanmasını və həmin torpaq sahəsinin  "Aslan"  kiçik müəssisəsinin üzvlərinə geri qaytarılmasına təmin edəcək.

Video-müraciəti Sizlərə təqdim edirik:


Tarix: 8-05-2021, 20:02 Oxunub: 726


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı