Qədr surəsi Quranda 97-ci sırada 5-ayədən ibarətdir. Son 14-əsrdə din alimləri əsil Qədr gecəsinin hansı günə təsadüf etdiyini dəqiq bilmirdilər!
O vaxt hz Məhəmməd peyğəmbərdən (s) soruşurlar ki, Qədr gecəsi hansı günə təsadüf edir? O həzrət bunun dəqiq vaxtını bilsədə Allahın izni olmadan Qədr gecəsinin dəqiq vaxtını deməyib. Buyurub ki, son on günün tək günlərindən biridir.
Ancaq Allah Öz əzəli elmi ilə bunun dəqiq vaxtını rəqəmlərin gizli kodları ilə aşkar etmişdir!
Allahın izni ilə bu gün bu sirri sizə açıb hər şeyi olduğu kimi inkarolunmaz dəlillərlə aşkara çıxarmaq istəyirəm.
Allah Qədr surəsinin 3-cü ayəsində buyurur:
"Qədr gecəsi min aydan daha xeyirlidir."
Qədr surəsi, 3
Qədr surəsində Allah Öz əzəli elmi ilə, rəqəmlərin gizli kodları ilə başqa nəyə işarə edib, daha hansı günləri Qədr gecəsinə bərabər tutub?
3-cü ayə aşağıdan yuxarı 3-cü sırada yer alır. 97+3+3=103 Suala cavab tapmaq üçün cavabdan aldığımız 103 rəqəminin gizli kodlarına diqqət edirik.
10+3=13, 10-3=7
Cavab 13-ü, 7-ci aya bərabər gəldi!
Bu rəqəmlər altında da, Bəşəriyyətin 1-ci imamı, İslamın parlaq ulduzlarından biri kimi islamı ilk dəfə (3+3+5=11) 11 yaşından qəbul edən 13-ü, 7-ci ay Kəbə evində anadan olan hz Əlinin (ə) doğum tarixinə işarə olunur!
Bundan başqa (9x7=63) rəqəmlər göstərir ki, o həzrətin bu dünyaya gəlməsi də, 63-yaşında bu dünyadan köçməsi də, min aydan daha xeyirlidir. Məhz buna görə 14-əsr sirr olaraq qalan əsil qədr gecəsi (9-cu ayın) Ramazan ayının 21-inə təsadüf edir. Həmən gün hz Əli (ə) Allahın yolunda şəhidlik məqamına yüksəlib.
Rəqəmlərin gizli kodlarına diqqət edirik.
9+7+5=21,
3×3=9.
İndi bildinizmi əsil Qədr gecəsi ayın neçəsinə təsadüf edir? Bu elmi araşdırmalar bəşər övladının beyninin məhsulu ola bilməz. Təbii ki, Allahın izni olmasa.
ASLAN SƏFƏRLİ
Bölməyə aid digər xəbərlər















