16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
1400 İL ÖNCƏ AZƏRBAYCANA AİD OLAN AMİLLƏR DİN ALİMLƏRİ TƏRƏFİNDƏN NİYƏ GİZLƏDİLİB?


    1400-il öncə həzrəti Məhəmməd peyğəmbər (s) başda olmaqla  ardıcılı olaraq imamlarımız tərəfindən Azərbaycan haqqında deyilən sözlərin yarıdan çoxu din alimləri tərəfindən gizlədilib.


   Ancaq apardığım elmi araşdırmalardan məlum olur ki, Azərbaycan haqqında hər nə gizlədilibsə Quranda rəqəmlərin gizli kodları ilə aşkar olubdur! 

Din alimləri xalqdan hər şeyi gizlədə bilər, ancaq Allahdan gizlədə bilməzlər.  Çünki Allah onların Azərbaycana qarşı olan soyuq münasibətlərini bildiyi üçün, Allah-Təala heç kimin bilmədiyi gizli bir elmlə, öncədən bunu öz əzəli elmi ilə rəqəmlərin gizli kodları ilə Quranda qoruyub saxlamışdır. 

Belə din alimləri arasında ölənləri də var, yaşayanları da.  Belə alimlərdən ölənlərə  Allahın rəhməti düşmür, sağ qalanlarına isə Allahın mərhəməti düşmür! 

Adama deyən lazım: Sən kimsən ki, peyğəmbər və imamların dediyi sözü gizlədirsən. Bilmirsən ki, Allahın işinə qarışmaq olmaz. Artıq Azərbaycan haqqında Quranda hər nə işarələnibsə hamısı mənim elmi araşdırmalarımda gizli kodlarla öz əksini tapıb.

Azərbaycan dünyanın ən güclü və müqəddəs torpaqlarından biridir.

Sanki Qurani-Kərimin bütün ayələri Azərbaycan torpaqına səpələnib. Bu torpağın sirri, rəqəmli kodlarla  inkar olunmaz dəlillərlə təsdiq edilir. Bəlkə də bu gün bu sirri açmaq, öyrənmək üçün indiyə kimi Azərbaycan torpaqlarının başına min bir fəlakət gəlib. Çünki, bizlər bu torpağı, Allahın yaratdığı və bizim üçün ayırdığı bu müqəddəs məkanı, doğru-düzgün öyrənə bilməmişik. Güman edirəm ki, tezliklə mənim elmi araşdırmalarımın bir neçə dildə tərcümə olunaraq təbliğindən sonra nəinki Azərbaycan, hətta bütün dünya Azərbaycanın nəyə qadir olmasını, xüsusi ilə də Allah dərgahında özünə xüsusi olaraq bir ölkə kimi yer tutmasını öyrənib biləcəklər! 

Şübhə yoxdur ki, uzaq görən dahi şəxslərin əksəriyyəti Azərbaycanın gələcəyi haqqında dediyi sözlər bunu bir daha təstiq edir. 

Bunların hamsı mənim yazdığım kitabda dərc olunubdur! 

Tezliklə hamı bundan xəbərdar olacaqdır. 

Azərbaycan bütün  dünyaya bir möcüzə kimi tanınacaqdır! 

Az qalıb o günə, lap az!


Aslan Səfərli


Tarix: 23-02-2026, 16:55 Oxunub: 150


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031