16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
14-ƏSRLİK BİR TARİXİN İLAHİ MÖCÜZƏSİ

    Apardığım elmi araşdırmalardan məlum olur ki, başda hz Məhəmməd peyğəmbər (s) olmaqla, hz Əli (ə) Hz İmam Hüseyn (ə) kimi Mömin, Məsum şəxslərin haqqa qovuşduğu tarixi rəqəmlər Allah tərəfindən zərgər dəqiqliyi ilə elə hesablanıb ki, heç kim bunu inkar edə bilməz.

219-101=118

228-110=118


219-101=118

219 rəqəmi altında 21-9-cu ay Hz Əli (ə), 101 rəqəmi altında 10-u 1-ci ay hz İmam Hüseyn (ə) Aşura günü haqqa qovuşublar.


Bundan başqa

228-110=118

228-rəqəmi altında 2-ci ayın 28-i hz Məhəmməd (s), 110-rəqəmi altında 1-ci ayın 10-u Aşura günü hz İmam Hüseyn (ə) haqqa qovuşublar...

Diqqətlə fikir versəniz hər iki cavabdan alınan 118-rəqəmini görmüş olarsınız.

118-rəqəmi Azərbaycanın Zəfər gününə işarə olunur.  11-ci ayın 8-i Qələbə əldə olunan günə kimi  və ondan sonra da şəhid olan vətən övladlarınına Allah rəhmət eləsin. 

Allahın zərgər dəqiqliyi ilə apardığı hesablamalardan məlum olur ki, Azərbaycan Şəhidlərinin  Axirətdəki yeri yuxarda adlarını çəkdiyim Məsum bəndələrin yanındadır. Onların bütün günahları Allah tərəfindən bağışlanıb.

Bəs bu Məsum şəxslərin tarixi rəqəmlərində cavabdan aldığımız Azərbaycana məxsus 118 rəqəmi nəyə işarə olunur?

Uca Rəbbimiz Öz əzəli elmi ilə 14-əsr sonra Azərbaycandan sevərək seçdiyi bəndəsinə elm və hikmət nəsib edərək bu bəndəsinin doğum tarixini hz Məhəmmədlə (s) hz Əlinin (ə) haqqa qovuşduğu tarixi ilə Qurani-Kərimdə elə hesablayıb yazıb ki, heç kimin buna şübhəsi olmasın. 

Diqqət edin:


Quranda Azərbaycanın tarixinə məxsus işarələnmiş surə və ayələr az deyil. Bunlardan biri də, 2-ci surədir! 


Öncə qeyd edim ki, mən 212 və yaxud 221 rəqəmi altında anadan olmuşam. (212, 21-i 2-ci ay, və yaxud 221, 2-ci ayın 21)


2-ci surədə 212-rəqəmi ümumi ayənin 219-cu, 221-rəqəmi isə ümumi ayənin 228-ci ayəsinə bərabər gəlir! 

Qeyd edim ki, 1-ci sırada yer alan Fatihə  surəsi 7-ayədir!

212+7=219,

219-rəqəmi altında 21-i, 9-cu ay hz Əli (ə),

221+7=228,

228-rəqəmi altında 2-ci ayın 28-i hz Məhəmməd (s) haqq dünyalarına qovuşublar!


QURANDA İLK İBRƏT CÜMLƏSİ 


Yeri gəlmişkən qeyd edim ki, Quranda ilk ibrət cümləsi 2-ci surənin 66 və 221-ci ayəsində işlənib. 2-ci surədə 66-cı ayə aşağıdan yuxarı saydıqda 221-ə, 221-ci ayə isə aşağıdan yuxarı saydıqda 66-ya bərabər gəlir. Mən də bir elm və hikmət sahibi kimi 66 və 221 rəqəmi altında 1966-cı ildə 2-ci ayın 21-i anadan olmuşam. 

Rəqəmlərin ibrət cümləsindən aydın olur ki, Allah bir elm və hikmət sahibi kimi məni niyə yer üzünə göndərib.

Sizcə bu elmi araşdırmalar bir insan beynin məhsulu ola bilərmi? 


AZƏRBAYCANIN TANINMIŞ ŞƏXSLƏRİNƏ QURANIN İŞARƏSİ


Quranda Azərbaycanın bir neçə tanınmış şəxslərinin tarixi açıqlanıb. Bunların hamsı haqqında kitabda geniş məlumat vermişəm. 

İndi isə 2-ci surəyə məxsus olan rəqəmli gizli kodlardan söz açıram.


Ən qəribəsi odur ki, Quranda 2-ci surənin 130-cu ayəsi aşağıdan yuxarı saydıqda 157-yə, 157-ci ayə isə aşağıdan yuxarı saydıqda 130-cu ayəsinə bərabər gəlir! 

365-günün 130-cu günü Ulu Öndər Heydər Əliyev anadan olub. 157-rəqəmi altında Azərbaycanın dövlət məmurları arasında Fövqəladə Hallar naziri Kamaləddin Heydərov 15-i, 7-ci ay anadan olub.

2-surənin 130 və 157-ci ayələrinə diqqət edirik.

Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhəsiz, o, axirətdə də əməlisalehlərdən olacaqdır. 

Bəqərə surəsi, 130


Allah bu ayədə ibrahim peyğəmbərdən söz açaraq buyurur;

Həqiqətən, Biz onu dünyada seçdik.


Allah ibrahim peyğəmbərə buyurduğunu bizim zamanımızda gizli kodlarla Ulu öndər Heydər Əliyevlə, Fövqəladə Hallar naziri Kamaləddin Heydərova da buyurur.


Növbəti ayəyə diqqət edək. 


Onları Rəbbi tərəfindən məğfirət və rəhmət gözləyir. Məhz onlar doğru yolda olanlardır. 

Bəqərə surəsi, 157


Bu ayədə də Allah bizim zamanda onların hər ikisindən Ulu Öndər Heydər Əliyevdən və Kamaləddin Heydərovdan

razı olduğunu bildirir.

Bunların hər ikisi haqqında elmi açıqlamaları başqa surə və ayələrdə işarə edib.


Bunların hər ikisi haqqında kitabda daha geniş məlumat vermişəm.


Qısa olaraq qeyd edim ki, Kamaləddin Heydərovun 157 rəqəmi  altında doğum tarixi 365-günün 196-gününə təsadüf edir. Burda olan 19 və 96 rəqəminin xüsusi olaraq əhəmiyyəti var. Hz Məhəmməd peyğəmbərə (s) ilk dəfə nazil olan surə 96-cı surə olub. Bu surə Quranda 19- ayədən ibarətdir. İlk dəfə bu surənin beş ayəsi nazil olub. Qalan 14 ayə isə sonra nazil olub. 

(Burda olan beş və on dörd rəqəmi haqqında geniş yazı ilə müəllifi olduğum sonuncu kitabda tanış ola bilərsiniz)


Hz Məhəmməd peyğəmbərə (s) ilk dəfə nazil olan bu 96-cı surə ümumilikdə 285-hərfdən ibarətdir. 285-rəqəmi isə 28-i, 5-ci ay ilk dəfə öz müstəqilliyini əldə edən Azərbaycanın tarixinə işarə olunur.


ALLAHIN MƏNƏ OĞUL PAYI


Allahın mənə nəsib etdiyi oğul payı haqqında onu deyə bilərəm ki, hələ ailə həyatı qurmadan yuxu vasitəsilə nurani bir kişi tərəfindən deyildi ki, sənin oğlun olacaq adını İsmayıl qoyarsan. İsmayıl qoymasan Allah o uşağı geri alacaq.

Ailə həyatı qurandan sonra 1-ci və 2-ci övladım qız uşağı olsa da Allaha olan inamımı itirmədim. Nəhayət Allahın vəd verdiyi gün çatdı. Uşağın adını Allahın buyurduğu kimi İsmayıl qoydum.

Bu uşaq ailəmizin son beşiyi kimi 19 və 96 rəqəmi altında 1996-cı ildə 149 rəqəmi altında 14-ü, 9-cu ay anadan oldu. Allah elm və hikməti mənə nəsib etsə də oğlumun tarixi rəqəmləri Quranı həm açır, həm bağlayır!


149-rəqəminin tərkibində olan kodlara diqqət edirik!


(14-9=5)

(1+4+9=14)

(14+9=23)


5/14/23 bu rəqəmlər haqqında deyə bilərəm ki, Allah yeri, göyü, dünyada canlı, cansız hər nə varsa bu üç ədəd rəqəmin üzünə yaradıb və müəyyən nişanələr qoyub ki, bunu heç kim inkar etməsin.

Yer kürəsinin şarı 23,5 dərəcə əyridir.

Allah insana 5-barmaq, 14 qatlanacaq verib. Bundan başqa ata-ananın toxumluq hüceyrəsində elmi dildə xramason deyilən bir vasitə kimi istifadə olunan toxumda 23 xramason olur. Və uşaq ana bətnində normal olaraq 9-ay qalır.

Rəqəmlərə diqqət edirik!

5+9=14

14+9=23


9-rəqəmi Quranda Bisimillahsız başlayan Tövbə surəsidir! 

Rəqəmlərdən aydın görünür ki, sonda Allah Öz bəndələrinə sonuncu şans vermək istəyir ki, hamı bu rəqəmlər altında 5-14-23 ayda üç dəfə TÖVBƏ etsin. Və bu Dövlət səviyyəsində həyata keçirilsin.

Rəqəmlərin tərkibinə diqqət edirik. 

5×14=70, 

5×14+23=93

5+14+23=42

23-5-14=4

Cavablardan aldığımız rəqəmlər aşkar edir ki, Ulu Öndər Heydər Əliyev 70-yaşında 93-rəqəmi altında 1993-cü ildə hakimiyyətə yenidən gəldi. Onun varisi kimi 42-yaşı tamam olan il Azərbaycanın 4-cü prezidenti kimi oğlu cənab İlham Əliyev hakimiyyətə gəldi. 

Bu üç ədəd rəqəmin tərkibində olan bu kodlar aşkar edir ki, həqiqətən Allah istəyir ki, ayda üç dəfə TÖVBƏ GÜNLƏRİ Dövlət səviyyəsində həyata keçirilsin!


Bu haqda müəllifi olduğum sonuncu kitabda daha geniş yazı ilə tanış ola bilərsiniz. 


Seyid Mirmövsüm Ağnın baş daşı niyə qeyri qibləyə dəfn olunub? 


Seyid Mirmövsüm ağa 117-rəqəmi altında 11-ci ayın 17-si dünyasını dəyişib. 

Quranda 2-ci surənin 115-ci və 143-cü ayəsi illərdi sirr olaraq qalan bu suala cavab verir ki, seyid Mirmovsum ağanin baş daşı niyə qeyri qibləyə dəfn olunub. Surə iki olduğu üçün

115-rəminə 2-rəqəmi əlavə edib (115+2=117) Cavabdan 117-rəqəmi alrıq. (11), (17)

Bu ayədə Allah buyurur ki, 


Şərq də, Qərb də Allahındır. Ona görə də hansı tərəfə yönəlsəniz, Allah oradadır. 

Bəqərə surəsi, 115


143-cü ayədə buyurur 


Beləliklə, sizi insanlara şahid olasınız və elçi də sizə şahid olsun deyə orta (mötədil) bir ümmət etdik. Sənin yönəldiyin qibləni yalnız ona görə təyin etdik ki, elçiyə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayıraq. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqasına ağır gələr. Allah sizin imanınızı əsla puça çıxartmaz. Şübhəsiz ki, Allah insanlara qarşı şəfqətlidir, mərhəmətlidir. 

Bəqərə surəsi, 143

14-3=11, 14+3=17


143-rəminin növbəti gizli kodu hz Məhəmmədin (s) doğum tarixinə işarə olunur. 

Saat variantı ilə 14/43 olduqda 3-ə, 17 dəqiqə qalmış bir vaxta işarə olunur. Açıq-aydın səslənən 3-və 17 rəqəmləri altında 3-cü ayın 17-si hz Məhəmmədin (s) doğum tarixinə işarə olunur.


Əgər diqqətlə fikir versəniz görərsiniz ki, seyid Mirmövsüm ağanın qeyri qibləyə dəfn olması 115-ci ayədə bildirir ki, Şərq də Qərb də Allahındır.


143-cü ayədə Allah seid Mirmövsüm ağa üçün buyurur ki,

"Sənin yönəldiyin qibləni yalnız ona görə təyin etdik"

Allah burda da qiblə sözünə toxunur!

143-cü ayədə elçi sözü işlətməklə hz Məhəmməd (s) peyğəmbərə işarə edər. Nəticədə məlum olur ki, seyid Mirmövsüm ağa Allahın sevib seçdiyi bir bəndə kimi şəcərə tarixi hz Məhəmməd peyğəmbərin (s) soy kökünə bağlıdır. 

Allah seyid Mirmövsüm ağa başda olmaqla dünyasını dəyişən bütün seyidlərə rəhmət eləsin, qalanlarına uzun ömür, cansağlığı nəsib etsin. 

Amin İnşaallah.


Hz Məhəmməd (s) buyurub:

"Bir elmin təbliği min illik ibadətə bərabərdir "







ASLAN SƏFƏRLİ


Tarix: Dünən, 17:50 Oxunub: 102


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031