"Həqiqətən, sizə öz içinizdən elə bir elçi gəlmişdir ki, sizin çətinliyə düşməyiniz ona ağır gələr. O, sizə qarşı qayğıkeşdir, möminlərə qarşı çox şəfqətli və mərhəmətlidir" - Tövbə surəsi, 128
Tövbə surəsinin 128-ci ayəsində hz Məhəmmədin (s) həqiqi varisi hz Əliyə (ə) Allah-Təala Öz əzəli elmi ilə belə işarə etmişdir!
128-rəqəmi gizli kodlarla saat variantı ilə 2-yə 28-dəqqiqə işləmiş bir vaxta işarədir. Eşitdiyimiz 2-28 rəqəmi altında 2-ci ayın 28-i Məhəmməd peyğəmbər (s) haqq dünyasına qovuşub.
Bu 128-ci ayənin surəsi 9-cu sırada yer alan Tövbə surəsidir.
Allah-Təala Öz əzəli elmi ilə növbəti rəqəmlərin gizli kodları ilə daha nəyə işarə edib?
128+9=137
Hz Əli (ə) 137 rəqəmi altında 13-ü, 7-ci ay Kəbə evində anadan olub. Şübhəsi olan şəxslər üçün bu mövzuya uyğun olan daha bir dəlil gətirmək istəyirəm.
Bir ilimiz 365-gündür. 365-228=137.
Məhz buna görə Allah Quranda 365 dəfə gün sözünü təkrarən işlədib. 128-ci ayə aşağıdan yuxarı 2-ci sırada yer alır.
2×128=256
Cavabdan aldığımız 256-rəqəmi onların yenidən 2-ci dəfə 56 rəqəmi altında dirilməsinə işarə edir. Buna daha da aydınlıq gətirmək üçün 2-ci surənin 28-ci ayəsinə diqqət edirik.
"Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz O, sizi diriltdi O, sizi yenə öldürəcək yenə dirildəcək sonda Onun hüzuruna toplanacaqsınız" - Bəqərə surəsi 28
Bu haqda kitabda geniş yazı vermişəm.
Yeri gəlmişkən qeyd edim ki, sonuncu imam kimi Allah hz Məhəmmədin (s) özünü göndərəcək.
Bu haqda hz Məhəmməd (s) öz hədisində buyurur ki,
"Onun adı mənim adımdan, atasının adı atamın adından olacaqdır"
Ancaq sonuncu imamın adı Məhəmməd olsa da atasının adı hz Məhəmmədin (s) atasının adı kimi deyil...
(Davamı var...)
ASLAN SƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
















