Elmi araşdırmalarımla bağlı üzərində işlədiyim kitabda olan yazının bir qismini sizinlə bölüşmək istədim.
Rəhimli və Mərhəmətli Allahın adı ilə!
On beşinci ildir Allahdan bu elm və hikməti alıram. Bu on beş il ərzində Allah məni sınamaq üçün zirvədən dərənin dibinə gətirdi. Səbir edib dözdüm, dözürəm də. Ancaq bir vaxt gələcək məni nəinki Azərbaycan, bütün dünya xalqları tanıyacaq. Az qalıb o günə, lap az.
Bütün Mülk və Hakimiyyət Allaha məxsusdur!
Allah Axırzamanın dövründən qabaq məni yer üzünə göndərib ki, Öz bəndələrinə sonuncu şansını versin.
Mənim elm və hikmətim ondan ibarətdir ki, haqq-ədalət bərqərar olsun. Azərbaycan başda olmaqla bütün ölkələr Allaha məxsus olan günləri dövlət səviyyəsində ayda üç dəfə TÖVBƏ GÜNLƏRİ kimi həyata keçirsinlər! Bu vacib olan günlər hər ayın 5-14-23-dür!
Hansı ki, Allah dünyanı bu üç ədəd rəqəmin üzünə yaradıb və müəyyən nişanələr qoyub. Məsələn yer kürəsinin şar formasında olması və bunun 23,5 dərəcə əyri olmaşı,
İnsanlarda 5-barmağın 14-qatlanacağın olması buna əyani bir sübutdur! Övlad anadan olmamış ata-ananın toxumluq hüceyrəsində elmi dildə xromoson deyilən bir vasitə 23-ədəd olur! Bundan başqa normal doğulan uşaq ana bətnində 9-ay qalır!
Bəs bu 9-rəqəminin sirri nədir? 9 rəqəmi tək rəqəmli sayın sonluğudur! Quranda 9-cu sırada yer alan TÖVBƏ surəsidir!
Allah-Təala Qurani-Kərimi nazil etdiyi ilk surədən son surəyə kimi Azərbaycana məxsus gizli kodlar, müəyyən nişanələr qoymuşdur! Ancaq bunu indiyə kimi bilib ardıcıllığı ilə yazan olmayıb. Hətta o vaxt Azərbaycan haqqında deyilən hədislərin yarıdan çoxu gizlədilib köhnə kitablara düşməyib.
O hədislər kitaba düşməsə də Quranda gizli kodlarla qorunub saxlanılıb. Bu haqda kitabda geniş şərh vermişəm.
Biraz da ətrafımda olan dost-tanışlar haqqında məlumat vermək istəyirəm.
Ətrafımda biraz imkanı babat olan dost-tanışlar arasında mənim elm və hikmət sahibi olduğumu bilən də var, bilməyən də. Bilməyənlər də qoy bilsin ki, ətrafımda olan dost-tanışların əksəriyyəti Allahın sınağı altındadır.
Allah mənim vasitəmlə onları sınayıb imtahan edir. And olsun Uca Allahın varlığına mənim ixtiyarım çatmır ki, onlardan hər kəsin özünə deyim ki, ay filankəs Allah səni mənim vasitəmlə sınayır! Bu işdə biraz ehtiyatlı ol.
Ancaq bir onu deyə bilərəm ki, bu yazıdan sonra hər kəs özünü o sınaq imtahanında görüb hiss eləsə daha yaxşı olar!
Mən istəmirəm ki, bu sınaq imtahanı başa çatandan sonra kimsə əməlindən peşman olsun.
Mən yer üzünə kimisə peşman etdirmək üçün gəlməmişəm. Mən haqq-ədaləti Allahın izni ilə bərqərar etməyə gəlmişəm.
Mənim əvəzimə bəlkə də başqası olsa, bu elmin adından istifadə edib milyonçu olardı. Ancaq mən yaxın gələcəyimi bildiyim üçün bu sıxıntılara səbir edib dözürəm.
Axı Allah hər şeyi görən və biləndir!
Aslan Səfərli
Bölməyə aid digər xəbərlər
















