16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Azərbaycanın xanım ziyalısı Məhəbbət İbrahimova Üsküdar Universitetində

    Azərbaycanın tanınmış ziyalılarından, yazıçı və şairə Məhəbbət İbrahimova Türkiyədə səfərdə olub. O, Üsküdar Universitetində universitetin rektoru professor Nazife Güngör və görkəmli elm xadimi, professor Nevzat Tarhanla görüşərək elmi müzakirələr aparıb və müəllifi olduğu kitabları onlara hədiyyə edib.


     Məhəbbət İbrahimova 6 kitabın müəllifidir və onun 30-dan çox şeirinə mahnı bəstələnib. Yazıçının “Ömürdən qurban olmaz” və ”Yalan dolu məhəbbət” kitabları mövzu aktuallığı ilə seçilir. “Ömürdən qurban olmaz” kitabında müəllif saf sevgidən yazır; romanın baş qəhrəmanı həqiqəti başa düşərək yarıyoldan dönür, yalnız onun qalan ömrü mənasız keçir. Əsər oxucunu həyatın mənası haqqında düşünməyə vadar edir. “Yalan dolu məhəbbət” kitabında isə roman, şeir və aforizmlər yer alır, iki gəncin baş tutmayan sevgisindən və keçirdikləri çətin uşaqlıq illərindən bəhs edir.


      Məhəbbət xanım İbrahimovanın “Allahım”, “Oyanın insanlar”, “Qarabağa”, “Dərdim var”, “Şuşada”, “Anam Azərbaycan”, “Türk oğlu”, “Covid-19” və digər şeirləri oxucuların böyük marağına səbəb olub. Həmçinin müəllifin həyat, sevgi, ailə, ana və digər mövzuları əhatə edən 50-dən çox aforizmi də diqqət çəkir.

     Məhəbbət İbrahimovanın səmimiyyətlə deyilmiş:  “Mən nə şair, nə də yazıçıyam, mən ədəbiyyat vurğunuyam” sözləri oxucular tərəfindən maraqla qarşılanır

     Üsküdar Universitetində görüş Məhəbbət İbrahimovanın elmi və mədəni fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasına töhfə verib.



Tarix: 26-08-2025, 12:50 Oxunub: 568


Bölməyə aid digər xəbərlər
18-09-2020, 00:23 Peşəkar Səhiyyə İşçisi


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031