2024-cü ildə bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb

      Milli Məclisdə bələdiyyələrin işinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildəki fəaliyyəti haqqında məruzə müzakirəyə çıxarılıb.    Məruzəni ədliyyə nazirinin müavini Toğrul Hüseynov təqdim edib.

       Sənəddə qeyd olunub ki, keçən il ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 103 inzibati xəta haqqında protokol tərtib edilib, məhkəmələrə göndərilib.

      Həmin müddətdə, həmçinin qanunvericiliyin tələblərinə zidd olan 74 bələdiyyə aktı ləğv edilib.

       Bundan başqa, keçən il bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb.

       Müzakirələrdən sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzə səsə qoyularaq təsdiqlənib.

Mərahim Nəsib,

OXU.AZ


Tarix: 14-02-2025, 11:46 Oxunub: 1 433


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930