13:58 / 21-11-2024
Azərbaycanda alimentin məbləği artırılır
13:51 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
11:24 / 21-11-2024
COP29-da ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib
11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:14 / 21-11-2024
Azərbaycanlı qadın Türkiyədə güllələndi - FOTO
11:08 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı yeni qərar
11:04 / 21-11-2024
Əli Əsədov bu qaydaya dəyişiklik etdi
10:59 / 21-11-2024
Bu avtobusların fəaliyyəti bərpa edilir - 46 marşrut
10:50 / 21-11-2024
“Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq” – BMT rəsmisi
10:00 / 21-11-2024
"Ənənələri olan Partiya" - Anar Nəbiyev
09:55 / 21-11-2024
"Şanlı tariximizin parlaq səhifələri yazılır" - Sevda Məmmədova
09:49 / 21-11-2024
"Sarsılmaz birliyimiz" - Səməd Orucov
15:30 / 20-11-2024
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edildi
13:22 / 20-11-2024
Çempionlar Liqasının oyununu azərbaycanlı hakim idarə edəcək
12:00 / 20-11-2024
Yeni hakimlərdən biri Vətən müharibəsi iştirakçısıdır
11:58 / 20-11-2024
Bəzi müəssisələrə ödənilən ƏDV-nin 50 faizi geri qaytarıla bilər
11:56 / 20-11-2024
Əfsanəvi pop qrupunun iki üzvü bir həftə içində öldü
11:53 / 20-11-2024
İcra başçısı vətəndaş qəbulu keçirdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
11:50 / 20-11-2024
Bu şəxslərin gəlirlərinin 75%-i vergidən azad olunur
09:31 / 20-11-2024
Yeni dələduzluq növü – Saxta dəvətnamələr...
07:53 / 20-11-2024
Qarakənd faciəsindən 33 il ötür
18:58 / 19-11-2024
Məhkəmədən müəllimlərin sertifikasiyası ilə bağlı mühüm qərar
18:57 / 19-11-2024
Paşinyan onları vatsap mesajı ilə işdən çıxarıbmış
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
18:55 / 19-11-2024
Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığı ölçüləcək
18:53 / 19-11-2024
Saxta cərrahlardan danışan jurnalistin səhifəsi bloklandı
18:40 / 19-11-2024
“İrşad”da ilin ən böyük endirimləri! - Yaşıl cümə kampaniyası başladı!
18:39 / 19-11-2024
Vüqar Kərəmov 28 saniyəyə qələbə qazandı
16:42 / 19-11-2024
Azərbaycan inam və qətiyyət nümayiş etdirir - Nizami Hüseynov
11:56 / 19-11-2024
"Xalqımızın əzmkarlığının, milli qürurunun simvolu" - Nizami Zeynalov
"SAZ HAVASI" - MAHİRƏ NAĞIQIZI
Mahirə Nağıqızı
Bölməyə aid digər xəbərlər
İnsan təbiətən zəngin doğulur, sadəcə olaraq, həmin zənginliklər tədricən üzə çıxır, hiss edilir. Buna görə də o özünü yaşamalı, həmin yaşantıarla özündən və ətrafındakılardan xəbərdar olmalıdır. Onun şəxsiyyətə olan ehtiyacı o qədər həyati və güclüdür ki, insan bunu təmin etmək üçün fürsət tapmayınca özünü sağlam hiss edə bilməz. Bu fürsətin biri və bəlkə də birincisi sevgidir. Sevgi hisslərin daha çox üstünlük təşkil etdiyi ani və yaxud şüuraltı gedən uzunsürən prosesdir.
Bəzən yaşadığı sevgi insanın üzündə yazılır, işıq saçır, ətrafı nurlandırır. Bu, həm də daxili zənginlikdən irəli gəlir. Qəlb zənginliyi mütləq simada əks olunur və çox zaman ətrafındakıları açıq-aydın görünən zənginlikləri ilə cəlb edir.
Mən öz anamdan- Nazlı nənədən danışıram. O ana ki, üzünün nurundan, şirin söhbətindən, ağıllı, nəsihətamiz kəlmələrindən doymaq olmurdu. O, sonadək, lap ömrünün axırına kimi eləcə də qaldı. Bunlarla birgə, dərin müşahidə və təhliletmə qabiliyyyəti olan Nazlı xanım el şairlərinin şeirlərini, şifahi xalq ədəbiyyatı nümunələrini sanki sətir-sətir sinəsinə yazmışdı və yazılanları da, o, ömrünün son günlərinə qədər, yeri düşəndə, səsləndirirdi. Anam ali təhsilli deyildi, heç orta təhsilini də doğru-düzgün ala bilməmişdi, daha dəqiqi, almağına imkan verilməmişdi. Ana babaları bəy, ata babaları regionun ən nüfuzlu din xadimləri olduğundan dinə qarşı mübarizəni gündəlik norma kimi elan edən sovet hökuməti onları ”xalq düşməni” elan edib vətəndən didərgin salmışdılar. Bu üzdən anam qürbət həyatı yaşayır, elə hey yanıqlı ah çəkər, doğulduğu yerlər üçün göz yaşı tökərdi.
Anamın yanıqlı bayatıları adamın iliklərinə işləyərdi:
Tökmə, surahı tutmaz,
Daşar, günahı tutmaz.
Haqqı olan kəsləri,
Haqsızın ahı tutmaz.
Hər dəfə özünə qapanıb fikirli -fikirli gözləri yol çəkəndə bilirdik ki, yenə xəyallar doğma yurddadır...
1971-ci il idi. Yenə sazaqlı payız qapını kəsdirmişdi. Payız da tələsirdi, anam da. Payızın sərt sazaqları artdıqca qışa bir addım da yaxınlaşır, ağacların sonuncu yarpaqlar da məğlubedilmişlər kimi bir-bir yerə düşür, irigövdəli, qollu-budaqlı ağaclar da sanki soyuqda üşüyür, gözümün qarşısında kiçilir, yığılırdı.
Bunları mən, anamın dili ilə desək, “bekar adamlar” müşahidə edirdi. Anam isə bu vaxtlarda gördüyümüz kimi, yenə öz hazırlığında-qış hazırlığında idi. İpə sərilmiş əriştəni ağappaq süfrənin üstünə irisini ayri, bir az xırdalanmışları da bir ayrı yığırdı. Təndirin üstündəki sac qıpqırmızı idi. Yaş dəsmalla sacın alouşunu alan anam əriştədən aşsüzənlərə doldurur və sacın içinə tökürdü. Yanındakı ərsini yerə qoymur, əriştəni sacda qovururdu. Onun zərif, ağ bənizi pörtüb qıpqırmızı olmuş, gözləri yaşarmışdı.
Bu mərasim günortadan bir az ötmüş bitdi.
İndi anam bağçada sərdiyi süfrələrdə əriştənin soyumasını gözləyirdi və deyim ki, qonum-qonşuda bu işi xalalar, bibilər bacılar yığışıb birlikdə edərdi. Bizimsə xalamız uzaqda- Dərələyəzdə yaşayırdı, Mələk bibim işlədiyindən yalnız bazar günləri bizə gələrdi. İkinci bibim isə uzaq bir dağ kəndində, Gərməçataqda yaşadığı səbəbindən və minik vasitəsi olmadığından tez-tez gələ bilmirdi.
Deməli, anam belə işləri tək görməli olurdu. Biz hamımız anamın qulluğunda idik. Bu illər ərzində artıq daşlaşmış o qayda- heç birimizin anamızın bir sözünü iki eləməsini xatırlamıram. Nə dedisə, müzakirəsiz-filansız, elə o anda da yerinə yetirdik. Yarma, əriştə, qovurma, pendir, ehtiyat un hazır olanda anam da özünü qışa hazır hesab edir, o da qışın gəlməyinə bizim kimi sevinirdi. Qış hazırlığının vacib elementlərindən biri də kömür sobasının qurulması idi və onu da atamla birgə qurmuşdular.
Soyuq dekabr günləri idi. Anamın üzü gülürdü. Çox qayğılı görünən üzü bu gün təbəssümlə dolu idi. Kimsə xəbər gətirmişdi ki, qovuşuqlu aşıq Nəsib Naxçıvandadır, sizə də gələcək. Anamın qanadı olsa uçardı. Hörmətli qonağımızı qarşılamaqla əlaqədar evdə hazırlıqlara başlanılmışdı.
Aşıq Nəsibin anamgilə qohumluğu çatırdı. Bir də, aşıq Nəsib vətəndən- Dərələyəzdən gəlirdi axı!
Qar yağıb yolu-izi basmışdı. Anam bir az bikef kimi görünürdü. Görünür aşıq Nəsibin gəlməyəcəyini düşünürdü. Axşamüstü Salatın nənənin nəvəsi Qərib üstü-başı qar içində özünü içəri saldı: “Nağı dayı, bayırda bir kişi var tanımıram o sizi soruşur”.
Atam tez paltosunu geyinib çölə çıxdı. Getməyi ilə qayıtmağı bir oldu. Yanında tanımadığımız bir kişi vardı. Hə, deməli, aşıq Nəsib bu imiş.
Anam əl-ayaqda idi. Onun da, atamın da paltosunun qarını çöldə çırpdı, hal-əhval tutdu. Babamgillər, xalamgillər, qohum-əqraba haqqında məlumat aldı. Sobanın üstündə pıqqapıq qaynayan çaydandan çay süzdü və yemək hazırlığına başladı. Biz yəni qızları da onunla bərabər idik. Anam süfrə açdı. Biz əyləşmədik. Atamla aşıq Nəsib yeməyə başladı. O biri otaqda isə Xalidə ilə Validə uşaqlar üçün süfrə açdı. Naxçıvanda aşıq yox idi. Olanlar isə (Şahbuz tərəfdə) Qərbi Azərbaycandan gəlmə insanlar idi.
Yemək ritualı başa çatdı, süfrə yığışdırıldı, yenidən ortalığa çay gəldi.
Adətən kəndin ziyalıları, ayrıca ağsaqqaları belə vaxtlarda bizə- atamla uzun qış gecələrində söhbətə gələrdilər. 1941-45-ci il Böyük Vətən müharibəsin iştirakçısı Əlpaşa dayı isə hər gecə söhbətə gələrdi. O, hər gəlişində içəri keçən kimi, birinci işi balaca bacım Alidəyə cibində gətirdiyi, öz həyətlərindən yığılıb qurudulmuş məviz gətirərdi. Alidə də məvizi heç kəsə verməz, ona baxan o biri uşaqlara göz süzdürərdi ki, Əlpaşa dayı məvizi mənə gətirib.
Bu gün kənd camaatı sanki sözləşmişdilər və birucdan gəlirdilər. Otaqda yer daralırdı. Aşıq Nəsib sazı asta-asta çalır, nəsihətamiz şeirlər deyirdi. Gecə xeyli uzandı. Aşıqlar bir az dildən zirək olurlar axı, həm də ev yiyəsi deyə bilməz deyə özü gələnlərə səsləndi: Bu gün bir az gec oldu, sabah axşam yığılın, mən də sazı sizin üçün dilləndirim.
Camaat yavaş-yavaş dağıldı. Anam hamını yerbəyer etdi. Aşıq Nəsib atamla qonaq otağına keçdi.
Səhər yuxudan oyananda çay süfrəsi hazır idi. Elə bil anam gecə yatmamışdı. Südü maşına verib (süd maşınından keçirib) xamanı da süfrəyə qoymuşdu. Süfrə elə bil işıq saçırdı. Yemək başa çatdı. Nəsib dayı atamla bərabər evdən çıxdı.
Sonra eşidəcəyik ki, meşəbəyi Səməd dayı o taydakı meşədən bir canavar, bir dənə də tülkü vurubmuş. Dükanın qabağında meydanda kişilər dövrə vurub vurulmuş heyvanlara baxır, Səməd dayıya suallar verirdilər. Nəsib dayı da atamla birgə orada olublar, söhbət onlara çox maraqlı gəlmişdi.
Hə, anam bir-birinin içində olan otaqların hər ikisini xalça ilə döşəyir, divarın dibincə döşəkçələr qoyur, çatmayan yerlərə yorğanları qatlayıb oturmağa yer düzəldirdi. Axşamın düşməsini mən hamıdan çox gözləyirdim. Nəsib dayı hündür, kök, yaraşıqlı bi kişi idi. Ağzından dürr tökülürdü. Axşama qədər saatları saydım, nəhayət, axşam düşdü. Kənd camaatı yavaş- yavaş yığışır, hamı qeyri-adi nəyisə gözləyirdi. Gələnlər ədəblə keçib bardaş qurub əyləşir, bir - birinin qarşısından yeni bir sıra yaradırdılar. Arada aşığın dolanmasına yer də saxlayırdılar.
Meydan qurulandan sonra Nəsib dayı ayağa qalxaraq sazı sinəsinə basdı. Aşıq “İrəvan çuxuru” oxuyurdu, mənimsə gözlərim anamı axtarırdı və tapdı. O, qapının ağzında oturmuş, gözlərini uzaq, çox uzaq qeyri- müəyyən bir nöqtəyə dikmişdi. Nə düşünürdü, görəsən?! Anası Nahidə (Nahad nənə) saçlarınımı darayırdı, yoxsa atası Mirzəlioğlu İbrahim nəsihət verirdi, bəlkə də, Dərələyəzdə çiçəklərin arasında gəzirdi. Mənə elə gəldi ki, o, həmin məqamlarda atalı -analı günlərini yaşayırdı.
Onu da tutdum ki, anam Nəsib dayının çəkmələrinin səsinə xəyallardan ayıldı.
Nəsib dayı isə öz sevimli havalarını bir-bir dəyişirdi. İndi “Orta Sarıtel”ə keçmişdi.
Məclisdəki bütün adamlar sazın sehrində idi və apaydın görünürdü.
Bu hava başlayandan sona qədər anam gizli-gizli ağladı.
Yanına gəldim: Ay ana, niyə ağlayırsan? Gör, Nəsib dayı nə gözəl oxuyur...! “Bəs sən niyə ağlayırsan?”- deyəndə anam dilləndi və astaca əlavə etdi: Sən qulaq as. Anamla keçirdiyimiz o pərəsəng günləri xatırladım”. Bir azdan Nəsib dayı “Baş Sarıtel”ə keçdi.
Kömür sobasının istisi adamlara elə xoş idi ki, sanki bayırda lopa-lopa yağan qarı belə düşünmürdülər, hamı sazın sehrində idi. Anamın gözlərindən narın-narın yaş ələnirdi. Mənsə yenə anamın dizinin dibini kəsdirdim: “Ay ana, nə oldu, niyə ağlayırsan? Nə yaxşı Nəsib dayı gəldi! Ağlama, nə olar, bəsdir”.
Anam yenə özünəməxsus tərzdə : Ana yurdumun iyini hiss etdim, bircə anlıq düzü-dünyanı dolanıb özümü Dərələyəzdə Yastı bulağın başında gördüm...
Yaxşı dur, ayqqabıları cütlə qoy, camaat rahat geyinsin. Nəsib dayı da deyəsən , camaatla sağollaşırdı elə sazla, sözlə...
Mahirə Nağıqızı
Tarix: 5-03-2024, 07:44 Oxunub: 1 093
Bölməyə aid digər xəbərlər
23-01-2024, 13:20
"Nişan günü" - MAHİRƏ NAĞIQIZI
13-10-2023, 12:04
KAİNATIN SİRRİNİ RƏQƏMLƏRLƏ AÇMAQ MÜMKÜNDÜR
25-04-2023, 07:33
"İNSANI QATİLƏ ÇEVİRƏN SƏBƏB - QADIN" - AYGÜN SADİQ
30-03-2023, 09:25
Əli Nağıyevi gözdən salma və DTX-ya qarşı təxribat kampaniyası - Ata öz oğlunun ölüm səbəbinin araşdırılmasını niyə istəmir?
6-11-2022, 07:41
Ağıl tanıması ilə qəlb tanımasının fərqi
19-09-2022, 20:37
Ceyhun Qurbansoydan VƏTƏNPƏRVƏRLİK ruhunda ifalar....
20-08-2022, 07:25
DÜNYANIN NAMƏLUM QANUNU: "KAİNATIN SİRRİNİ RƏQƏMLƏRLƏ AÇMAQ MÜMKÜNDÜR"
6-07-2022, 08:43
Eynşteyn qızı Lieserlə məktubu.... - Elsad Safarov
3-03-2022, 11:51
"Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür" - Natəvan Dəmirçioğlu
2-07-2021, 13:31
QANBAYEVLƏR nəslinin “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!
4-11-2020, 08:24
Bu sözlər bundan sonra bu cür yazılacaq - Qərar
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi