11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ağıl tanıması ilə qəlb tanımasının fərqi

   Ağılın tanıması başqa bir şeydir, qəlbin tanıması başqa bir şey. Onların tanımalarında olan bu fərq isə rabitə mərkəzlərinin fərqli olmasına görədir.
    Ağıl tanıması beyinlə əlaqədə olduğu halda, qəlb tanımasının qəlblə əlaqəsi vardır.
    İmam Sadiq (ə) buyurur: "Ağılın - yeri beyindir. Qəsavət və riqqət isə qəlbdə yer alır".
     Gözəl təbiət mənzərəsinə nəzər salan zaman demirik ki, gözüm və ya qulağım sevindi, deyirik ki, bu gözəlliyə görə qəlbim sevindi. Yəni, insan bu gözəlliyi qəlbi ilə dərk edər və tanıyar, ağlı ilə deyil.
    Əgər deyiriksə gözün aydın olsun, o deməkdir ki, qəlbin aydın olsun, nəinki zahiri gözün.
Əksinə, insan ağır yol qəzalarını görən zaman və ya pis xəbər eşidən zaman demir ki, gözüm yandı və ya beynim yandı. Əslində deyir ki, bu hadisəyə görə qəlbim yandı və ağrıdı.
    Eşq - qəlbə aid olan tanımalardandır. Aşiq məşuqu qəlb gözü ilə görər və dərk edər, ağıl bu məsələdə arxa plana keçər.
Ona görə də ağıl dərki ilə qəlb dərki arasında fərq vardır. Beyin əqli mövzuları dərk etməyə vəzifələndirildiyi halda, qəlb - hissləri, məhəbbət və nifrəti dərk etməyə vəzifələndirilmişdir.
    Ağıl və qəlb tanımasının ikinci fərqi isə tanıma növündədir. Ağıl tanıması elm və biliyə bərabər olduğu halda, qəlb tanıması vicdana, insafa bərabər olar.
    İnsan varlığında üç dərk qüvvəsi vardır: hiss, ağıl və qəlb.
Beş hiss qüvvəsi (görmə, eşitmə, dadbilmə, iybilmə, lamisə) insana, onu əhatə edən dünya haqqında məlumatlar almasına yardım edər.


    Ağıl qüvvəsi insanın idrak və dərk etməsinə xidmət edər və bu yolda ona hiss qüvvələri yardım edər.
Hiss və ağıl rabitədə olan zaman fəaliyyət göstərə bilirlər, heç biri o birisi olmadan öz vəzifəsini yerinə yetirə bilməz.
Üçüncü tanıma qüvvəsi olan qəlb, üç mənada istifadə olunar:
1. Qanın dövr etdiyi mərkəz.
2. Fikir və düşüncə mərkəzi.
3. Qeyri hissi və qeyri-əqli tanıma mərkəzi.
     Nə zaman qəlb ağlın kənarında yer alar, qəlbin ikinci mənasına şamil olar.
Beləliklə deyə bilərik ki, qəlb və ağıl tanımasının iki fərqi vardır.
Biri rabitə mərkəzlərindədir, o birisi isə tanıma növlərindədir. Ağlın tanıma mərkəzi - beyindir. Qəlbin tanıma mərkəzi - qəlbdir.
    Ağıl, elm və biliyi tanıyar. Qəlb - vicdana, sevgiyə və insafa aid olan mövzuları.

Tarix: 6-11-2022, 07:41 Oxunub: 437


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı