09:44 / 05-06-2026
Rəna Bayramova: Azərbaycan yaşıl enerji keçidinin ön sıralarındadır
16:37 / 04-06-2026
Sabirabadda “Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri keçirilib
11:12 / 03-06-2026
Anar Nəbiyev: "Təbii sərvətlərdən düzgün istifadə üstünlüklərə yol açır"
21:20 / 01-06-2026
Meydandakı qadın faktoru - S T E F A N İ: - yenə sevgidən nifrətə....
15:58 / 01-06-2026
Bəhruz Niftəliyev - "Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək"
14:37 / 01-06-2026
Paşa Hadıyev: "Aqrar sahədə böyük addımlar atılıb"
10:22 / 01-06-2026
Anar Nəbiyev: "Bizim dünya miqyasında çox müsbət imicimiz var"
12:14 / 26-05-2026
Asəf Salmanov: "Demokratik dövlət nümunəsi"
17:32 / 25-05-2026
Qazaxda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib
13:03 / 25-05-2026
Anar Nəbiyev: "Müstəqilliyimiz əbədidir, dönməzdir"
07:16 / 22-05-2026
“VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI KƏLBƏCƏRƏ USTA KİMİ APRILIB ALDADILDI- “A-KOND 1” ŞİRKƏTİ ONLARIN PULLARINI VERMİR-İDDİA
08:36 / 21-05-2026
Anar Nəbiyev: WUF13: "Azərbaycana böyük etimadın bariz nümunəsi"
10:51 / 20-05-2026
Polad Ağakişiyev: "Nəticələr uğurlu olacaqdır!"
17:17 / 18-05-2026
Qazaxda 18 may - Beynəlxalq Muzeylər Günü qeyd olunub
10:27 / 14-05-2026
Bakıda ənənəvi III Kəlağayı Festivalı keçiriləcək
08:20 / 11-05-2026
Anar Eminov: “Müasir universitetlərin gələcəyi yaşıl düşüncə, sağlam həyat tərzi və sosial məsuliyyət fəlsəfəsi üzərində formalaşır”
07:23 / 11-05-2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı” keçirilib
00:03 / 10-05-2026
Mingəçevir Dövlət Universiteti WURI 2026 beynəlxalq innovasiya reytinqində dünyanın “TOP 100” universitetləri sırasında yer alıb
18:03 / 08-05-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş daha bir tədbir...
17:50 / 08-05-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir
10:14 / 08-05-2026
Çingiz Məmmədov: "Prinsipial mövqeyin aydın ifadəsi"
19:32 / 07-05-2026
Fəridə Ləmanın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr etdiyi “Onu zaman seçib” kitabının təqdimat mərasimi keçirildi
17:43 / 07-05-2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir - Qazaxda
13:57 / 07-05-2026
Anar Nəbiyev: "Dostluğumuz münasibətlərimizdə dərin köklər salıb"
10:12 / 07-05-2026
Anar Nəbiyev: "Sabit və dayanıqlı gələcəyə doğru"
09:41 / 07-05-2026
İsgəndər Qurbanov: "Çoxşaxəli və dayanıqlı əməkdaşlıq"
10:04 / 06-05-2026
"Vətənimdir Azərbaycan!” adlı layihənin icrasına start verilib
16:54 / 05-05-2026
“Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayev ilə fərqli müsahibə
10:38 / 05-05-2026
Babək Vələdov: "İdman sahəsində daha böyük zirvələr fəth olunacaq"
16:14 / 04-05-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir
11:51 / 04-05-2026
Anar Nəbiyev: "Azərbaycan idman ölkəsi kimi dünyada böyük nüfuz qazanıb"
10:44 / 01-05-2026
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub
"Nişan günü" - MAHİRƏ NAĞIQIZI
Bu bizim dost-doğma kəndimiz Xalxal kəndi idi. Haqqında danışdığım xanım isə Salatın nənə idi. Kənddə doğulan uşaqların yüzündən yüzünün də nənəsi Salatın nənə idi. Uşaqlar da sanki bir-birini gözləyərək doğulurdu ki, Salatın nənə öz əlləri ilə onları bizim gözəl dünyada al-qumaşın içinə qoyub bələsin. Analar öz övladlarını öz evindəcə dünyaya gətirirdi. Mən ailənin beşinci övladı idim, məndən sonra doğulan qardaş-bacım da evimizdə dünyaya gəlmişdi, Salatın nənənin yumşaq əlləri ilə bələnmişdi. Deyim ki, uşaq ölümü-zad da yox idi, heç gözləmirdilər də. Hər şey gözəl idi, adət-ənənələr, hörmət-izzət və s.
Mahirə Nağıqızı
Bölməyə aid digər xəbərlər
Hərdən Salatın nənə kimi yaşlı adamlar, İman baba (120 yaşı vardı), Səmənnaz nənə, Nazı nənə kimi nənələr, babalar olan keçmişdən danışardılar, qulaqların çəkər, ”kiş-kiş” edərdilər. Getsin o günlər, qayıtmasın, qulaqlara qurğusun, iraq-iraq, biz gördük, sizə qismət olmasın-deyərdilər. Bizə çox da uzaq olmayan keçmişin ağrı-acısından danışar, gözlər olsun görməsin deyib, söhbəti bitirərdilər.
Hə, Salatın nənədən danışırdım axı... Sonralar dedilər “mamaça”. Əvvəllər sənin nənən, yəni dünyaya gələndə, doğulanda tələsib işıqlı dünyaya atılmaq istəyəndə, tutub üsulluca yerə qoyan xanımlara nənə deyirdilər. Məsələn, Sənin nənən kimdir : Salatın nənə! Bəs Sənin?-Salatın nənə! Doğrudan- doğruya o, hamının nənəsi, doğması, əzizi idi... Az danışardı, çox düşünərdi, içindəki mərhəmət, gözəllik üzünə vurmuşdu, nurani bir ağbirçək idi. Anam qərib qız olduğundan, anamı çox sevərdi. Əslində mən bu kənddə doğulmuşdum, məndən əvvəl doğulanlar isə Sustda dünyaya gəlmişdilər.
Şirin söhbətlər daha çox soyuq qış gecələrində olardı. Kömürün istisi bir ayrı idi. Həm də qış gecələri uzandıqca uzanır axı... Nağıl kimi söhbətlər qorxulu da ola bilərdi, gülməli də. Qorxulu olanlardan (nağıl yox, olanlardan) danışanda , durub pəncərədən baxar, bayırda qalaqlanmış qarın ay işığında par-par parıldadığını görər, nədənsə düşünərdim ki, Allaha səs indi daha tez çatar! Səhərüzü, ay işığı, sinəyə qədər yağmış ağappaq qar, hamı yuxuda! Hələ sən gəl, qara qar yağanda bax... Günə necə başlayacaqdım?! Salatın nənənin sinəsindəki ürək nə böyüklükdədir ki?! Niyə indiyə qədər bu sözləri eşitməmişəm?
Özünəməxsus təmkinlə danışırdı Salatın nənə. Ağzını da hətta təəccüblü ifadələrdə geniş açmaz, güləndə səssizcə gülər, gözlərindən yaş damlaları mirvari kimi sapa düzülərdi sanki, üzüaşağı çənəsinə doğru axar, yaylığını isladardı.
Nazlı qızım, atam danışırdı ki, (bu təxminən1830-31-ci illər imiş) Bu kökü kəsilmişlər Türkiyənin Van şəhərindən bura köçürülmüşdülər. Bu həyətdə Əbrəhim (İbrahim yəni, nə vaxt adları özlərininki olub ki?!) adlı bir erməni yaşayırdı. Var idi, 5-6 ailə var idi. Bizimlə münasibətləri də pis deyildi. Bəlkə, biz çox idik, onlar az?! Ondan da olardı, bəlkə də... Amma içlərini bilmək olmazdı bunların. Üzümüzdən iraq, möhkəm içərdilər. Çox sıx idilər öz aralarında. Hərdən söz atardılar burda bizim dədə-baba qəbirlərimiz var -deyərdilər. Fikirləşməzdik ki, bunlar nəyisə bizə anladırlar. Bax kəndin qurtaracağında, Tülyanın başında, Qaradağa tərəf təpənin üstündə erməni qəbristanlığı da var... Salatın nənə danışdıqca yadıma düşürdü ki, qızlarla kəklikotu, qazayağı (qəzəyağı), şomu yığmağa o tərəflərə gedərdik. Uzaqdan görünərdi o təpə. Kənd uşaqları deyərdi ki, ermənilər gəlib qəbristanlığa bir yeyib-içməkdi ki, gəl görəsən! Adətə bax da, qəbirlərin arasında yeyib -içmək... Hə, Salatın nənə davam edirdi söhbətinə:
-Onda mən uşaq idim. Qonşuda gözəl bir qızın nişan mərasimi idi. Bir gün qabaq ordan- burdan eşitdik ki, dünya qarışıb ermənilər deyir ki, Naxçıvan bizimdir. (Neçə gün idi ki, Siranuş da görünmürdü. Niyə? Bilmirəm...) Biz bunu ya başa düşmür, ya da inanmırdıq. Nə isə hərə öz işində idi. Bütün kənd yığışmışdı, demək, gülmək nələr... nələr... Hamı sevinc içində idi. Artıq məclis bitmişdi, axşama yaxın kəndə bir loy düşdü, atların səsi qulaq batırırdı. Kişilər qadınları -uşaqları evlərə doldururdu. Gecənin zülmətində evlərdən çıxan çıxdı, üzü Şahbuza tərəf gedirdik. Bəzi adamlar buna çox da inanmayıb kəndi tərk etməmişdilər. Səhərə yaxın erməni quldurları kəndə soxulub qalanları qılıncdan keçirmişdilər. Atam deyirdi ki, körpə qundağı süngüyə keçirən erməni düz kəndin ortasına gəlib ki, bunları beşikdə boğmalıyıq. İllərlə evimizdə duz-çörək kəsən bu Əbrəhimgil də onlara qoşulur. Nişanı olan qızı- Gülnazı vururlar. Qapının ağzında üzü üstə qalan qızı ermənilər artıq kəndin ortasındakı meydana sürüməkdə idilər. Gülnazın anası fəryad qoparmaq istəyəndə qaynatası əlləri ilə onun ağzını tutur ki, səsini çıxarma görək haradan qaçıb kəndi tərk edə bilirik? Ana bunlara yalvarır ki, siz gedin mən gedə bilmərəm, yalvarıram, özünüzü təhlükəyə atmayın. Mən balamı qoyub getmərəm. Bir az pendir- çörək götürür ki, bir neçə gün ötüşər, camaat qayıdıb gələr, mən gizlənərəm. Evdəkiləri bayıra ötürüb, özü təndirdə gizlənir.
Yox, bəyəm dünyanın sonudur? Bir -iki günə bitər bu qiyamət, çıxıb balamı doyunca ağlayaram, nişan paltarları ilə qəbrini bəzəyərəm.... Aha... güllə atdılar, ayaq səsləri gəlir... lap yaxınlıqdadır bu səs... Bəyəm bunları Allah yaratmayıb? Bunların bəs Allahı yoxdur? Biz axı nə etmişik ki, bunlara? Suallar çox, cavab isə yox idi... yox...
Bəli təndirin ağzına qoyulmuş iri mis qazanı qaldırırdılar... qaldırdılar da ananı təndirdən döyə-döyə çıxarıb həyətdəki tut ağacının altına gətirdilər. Saçlarından tutub üzüyuxarı baxmağa məcbur etdilər. Bir qızı iki yerə bölüb ağacdan asmışdılar... Bəlkə, görmürəm?! Yox düz idi, bir qızın ikiyə bölünmüş bədəni idi. Aman Allah bu mənim qızımdır, Gülnazdır!!!
Sonra... Sonra onu yandırdıqları təndirin yanına gətirdilər, gülə- gülə, qəh-qəh çəkə-çəkə ananı təndirə atdılar...!
Bir neçə gün sonra atam deyirdi ki, adını bilmədiyim türk paşasının sərkərdiliyi ilə böyük bir atlı dəstə gəldi. Erməni ailələrinin hamısını tükünə də zərər vermədən evlərdən çıxardılar. Bilmirəm haraya göndərdilər, amma asılmış bədəni dəfn etdilər. Təndiri də doldurdular. Bir neçə gün sonra türk ordusu gəldiyi kimi də getdi. Camaat yenidən evlərinə qayıtdı. O beş altı ailə hansı pullarla bilmirəm, bizim kənddə çaya yaxın yerdə kilsə də tikdilər. Ustaları Yerevandan gəlmişdi. Hamısı bir yerə yığılar, uzun-uzadı söhbət edər, içib-içib ağlaşardılar.
Salatın nənə sanki olanlardan utanırmış kimi yalnız- dostunuzu düşməninizi yaxşı tanıyın, bala!- dedi və susdu. Onsuz da səhər açılırdı. O getmədi, anam qoymadı, elə bizdə də yatıb qaldı. Anamsa, Salatın nənə bizdədir deyə, xüsusi bir dəfə-daraqla xəşil bişirmək üçün hazırlığa başladı.
Uzun illər ta 1988-ci ilə qədər kilsəyə kimsə dəymədi... Qəbristanlığın yanından belə keçmədilər. Orada Dərələyəzdə, Göyçədə, Ağbaba da isə... qəbirlərimizi də dağıtdılar.

Mahirə Nağıqızı
Tarix: 23-01-2024, 13:20 Oxunub: 1 046
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
3-03-2022, 11:51
"Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür" - Natəvan Dəmirçioğlu
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
12-09-2023, 19:19
"53 İLLİK SİRR - NAMƏLUM SİRLİ QADIN" - Aygün Sadiqin araşdırmasında...
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
19-03-2023, 06:54
Heydər Əliyev irsində dini siyasətin təbliği
6-07-2021, 18:43
SƏN DİRİSƏN- SƏN ÖLMƏDİN...
21-03-2021, 08:47
Sabir Rüstəmxanlı: “Bunların dünyada fahişəliyin təməlini qoyduqlarını bilirik...”
6-04-2021, 22:17
Uşaq pulu mütləq verilməlidir! - QUBAD İBADOĞLU
24-02-2022, 18:53
"Nə yaxşılar, nə də yaxşı əməllər ölər..." - SƏBİNƏ YUSİF
5-12-2021, 18:26
MƏN YAŞCA ATAMDAN BÖYÜYƏM... - MƏHƏRRƏM ŞƏMKİRLİ
30-03-2023, 09:25
Əli Nağıyevi gözdən salma və DTX-ya qarşı təxribat kampaniyası - Ata öz oğlunun ölüm səbəbinin araşdırılmasını niyə istəmir?
















