11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
08:47 / 18-11-2024
Paşinyandan sürpriz səfər
İcra başçısı vətəndaş qəbulu keçirdi

Yasamal rayonunda sakinlər üçün noyabr ayı üzrə səyyar qəbul keçirilib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 31 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Tədbirdə, həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib.

Rayonun sakinləri küçələrin işıqlandırılması, Sovetski məhəlləsinin söküntüsünün növbəti mərhələsi, kommunal xidmətlərin apardığı təmir-qazıntı işləri, mənzil növbəsi, bina damların təmiri, qurumuş və təhlükə yaradan ağacların budanması və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırıblar.

İcra başçısı qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib. E.Həsənov, həmçinin rayon üzrə xidmət rəhbərlərindən ərazidəki problemlərin həllində çevik olmağı və süründürməçiliyə yol verməməyi tələb edib. 


RİH başçısı sakinlərin müraciətlərinin həllində məsuliyyətli və operativ olmağı xahiş edib.

Qəbul zamanı bəzi məsələlər yerindəcə həll olunub, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.


Tarix: Вчера, 11:53 Oxunub: 33


Bölməyə aid digər xəbərlər