Bəzi müəssisələrə ödənilən ƏDV-nin 50 faizi geri qaytarıla bilər

Azərbaycanda teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti ilə bağlı ödənilən ƏDV-nin 50%-i geri qaytarıla bilər. Bu, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.

Bundan başqa, dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatından keçən və teatr, muzey və simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə gələn il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisindən azad edilir.


Tarix: 20-11-2024, 11:58 Oxunub: 190


Bölməyə aid digər xəbərlər
10-03-2022, 12:38 Bu gün Milli Teatr Günüdür
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031