11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Heydər Əliyev irsində dini siyasətin təbliği

    Dünyanın siyasi liderlərindən biri olmuş, Ulu Öndər Heydər Əliyev siyasətində İslam dinini   xalqımızın  milli-mənəvi sərvəti hesab edirdi. Dahi şəxsiyyət  həmişə İslam dinini doğma din hesab etmişdir. Millətimizin milli-mənəvi dəyərlərini, dinimizin adət-ənənələrini və dəyərlərini bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz hesab edər, onun ölməzliyini, daim yaşayacağını vurğulayardı. 
     Bu gün Azərbaycan öz sivilizasiyalı inkişafı üçün dünyəvi dövlət quruculuğu yolunu seçmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf yolunun xəritəsini cızmaqla bildirmişdir ki, “ bilin, biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu, müstəqil Azərbaycanın gələcək yolunun ana xəttidir, indiki ifadə ilə desək, strateji yolumuzdur. Çünki bu, xalqımızın gələcəyi üçün ən düzgün və xalqımızı səadətə aparan ən ağıllı yoldur. Biz bu yolu seçmişik və bu yolla gedirik."  Müstəqil Azərbaycanın tutduğu  yol millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə öz növbəsində, millətin ictimai fikrinə, fəlsəfəsinə, adət-ənənələrinə müraciət edilməsini labüd edir.  Bu gün  Azərbaycanın ictimai həyatında iki başlıca kommunist ideya-dünyəvi-milli azərbaycançılıq ideyası ilə dini- islamçılıq ideyası üstünlük təşkil edir və bu ideyalardan hər biri getdikcə öz sosial bazasını gücləndirir..
      Müstəqillik ərəfəsində və müstəqillik dövründə Azərbaycanda da millət ideyası dirçəlmişdir. Milli birlik, dünyəvilik, müasirlik, avropalaşma və tərəqqi ideyalarını rəhbər tutan milli-dövlətçilik ideologiyası siyasi nəzəriyyə və siyasət kimi hegemondur. Dini-islamçılıq ideyası güclü təsirə malikdir, insanları öz ətrafında birləşdirə bilir. Doğrudur, sovet dövrü ateist təbliğatının təsiri altında azərbaycanlıların bir neçə nəslini öz dini ənənələri haqqında real bilik və təsəvvürləri xeyli zəifləmişdir, yəni hazırda Azərbaycan müsəlmanlarının çoxu müsəlmanlıqlarını yalnız məişət səviyyəsində qoruyub saxlamışlar. Qurani-Kərimi, şəriəti, hədisi, fiqhi kifayət qədər bilmirlər, onların islam ilahiyyətinin əsasları və islamın Allaha ibadətə dair hökmləri haqqında məlumatları səthidir. Lakin bütövlükdə islam və onunla bağlı adət-ənənələr özgünlüyünü müəyyən dərəcədə saxlaya bilmişdir.
   Ulu Öndər Heydər Əliyev 1997-ci il avqustun 4-də Çikaqoda Amerikadakı Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri ilə görüşündə söylədiyi nitqdə bu məsələni belə açıqlamışdır: "Ölkədə demokratik, dünyəvi cəmiyyət yaradırıq. Biz islam dininə mənsubuq. Amma dinin ölkəmizdə hakim olmasına yol verə bilmərik." Bu konseptual fikirdə dinə demokratik, dünyəvi dövlətçilik mövqeyindən münasibət bildirilir. Konstitusiyaya əsasən, Azərbaycanda dövlət dindən ayrıdır. 
     Məhz bu səbəbdən dövlət daima sübuta yetirməyə çalışır ki, onun götürdüyü dünyəvi inkişaf yönümü dinlə mənəviyyat sahəsində əməkdaşlığı istisna etmir. Prezident Heydər Əliyevin çıxışlarında belə bir fikir dəfələrlə və xüsusi vurğu ilə vurğulanır ki, islam əsrlər boyu Azərbaycan xalqının mənəviyyatının əsasını təşkil etmişdir və bu gün də Quranın hökm və göstərişləri, əmr və qadağanları Azərbaycan müsəlmanlarının Allahın müəyyən etdiyi yol ilə getmələri üçün məşəldir, dövlət müstəqilliyini əldə etmiş Azərbaycan bu yolla gedir və gedəcəkdir.
Keçid dövrü ilə bağlı mövcud şəraitin spesifikliyini nəzərə alan Prezident belə hesab edir: "Biz demokratik, dünyəvi, sivilzasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumibəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dinimizdən, dini adət-ənənələrimizdən ayrıla bilmərik və imtina da edə bilmərik." Xalqın əsrlər boyu yaratdığı ədət-ənənələr cəmiyyətin sosial özünütənzimləmə sistemində mühüm yer tutur. Cəmiyyət adət-ənənələrsiz yaşaya bilməz. Deməli, dini adət-ənənələrsiz yaşaya bilməz. Belə məlum olur ki, dini adət-ənənələrdən də imtina etmək mümkün deyildir. Həqiqətən, Azərbaycanın milli-dövlət müstəqilliyi mədəni, dini adət-ənənələrin bərpasına münasib şərait yaratmışdır. Bu şəraitin möhkəmlənməsi dövlətin din məsələsində siyasətinin əsas xəttini təşkil edir.
     Ulu Öndər  Heydər Əliyev demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində islamın, islamla bağlı adət-ənənələrin saxlanılmasında heç bir ziddiyyət görmür, əksinə, çox qarşılıqlı münasibətlərin mövcudluğunu qeyd edir və deyir: "Burada ziddiyyət yoxdur... Dinimizin bizə tövsiyə etdiyi və qoyduğu bütün adət-ənənələrdən səmərəli surətdə, həyatımızı daha da inkişaf etdirmək üçün istifadə etməliyik."
Heydər Əliyevin qeyd etdiyi kimi, indi isə müstəqil Azərbaycan Respublikası, islama etiqad edən azərbaycanlılar müsəlman aləminin və ümmətinin tərkib hissəsidir. Bu da əsrlər boyu yaşamış və bizim üçün böyük dayaq olan milli, dini, mənəvi ənənələrimizin bərpa və inkişafının, möhkəmlənməsinin təzahürüdür.
      Ulu Öndər Heydər Əliyev deyirdi ki: "İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda da müsəlmanlarla yanaşı başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Taalanın buyuruğu, bizim yolumuzdur.
     Bəli, Azərbaycanın konsepsiyasını tam işləyib hazırlayan Ulu Öndərimiz Heydər Əliyev İslam dininə də ən yüksək qiymət verməklə milləti birliyə, dostluğa və ünsiyyətə səsləmişdir.
                                                                            
         Qazax Cümə Məscidi


Tarix: 19-03-2023, 06:54 Oxunub: 460


Bölməyə aid digər xəbərlər