Hərbi qulluqçumuz vəfat etdi

     Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
    Məlumata görə, hərbçimiz Kəngərli rayonunun Xok kəndində dəfn olunub.
    B.Tağıyevin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.
    B.Tağıyev ailəli idi, 5 yaşlı oğlu var.
     Faktla bağlı araşdırma aparılır.
     Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.


Tarix: 21-11-2024, 11:19 Oxunub: 242


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31