Müdafiə Nazirliyindən verilən məlumata görə başsağlığında deyilir: “Mərsinin Mut bölgəsində əsgərləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumat məni dərindən kədərləndirir.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.
Allah rəhmət eləsin”.
Bizimlə əlaqə saxlayın
Bölməyə aid digər xəbərlər