Müstəqil, suveren Azərbaycan son illərdə möhtəşəm uğurlara imza atmaqla dünyanı heyrətləndirir. Ötən ilin dekabr ayında dünyanın 200 ölkəsi Azərbaycana böyük etimad və hörmət göstərərək Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirilməsini yekdilliklə dəstəkləmişdir. Heç şübhəsiz ki, bu ilk növbədə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son iyirmi bir ildə gördüyü möhtəşəm işlərin, hər zaman nümayiş etdirdiyi siyasi iradənin və qətiyyətin, eləcə də davamlı olaraq həyata keçirdiyimüstəqil xarici siyasətin sayəsində qazanılmışdır. Eyni zamanda ölkəmiz irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində kifayət qədər zəngin təcrübəyə malikdir. Bu ilin 12 noyabr tarixində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı zamanı bildirdi ki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq. COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun.
Dövlət Başçımız vurğuladı ki, Azərbaycanın başladığı meqa layihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Azərbaycanın başladığı meqa layihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Beləliklə, biz məhsuldar çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq.
Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları ikiqat olacaqdır. Bu, yalnız başlanğıcdır.
Möhtərəm Prezidentimiz onu da qeyd etdiki, Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır.
BMT Təhlükəsizlik Şurasının otuz il kağızüzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuzilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu. Həmin qətnamələr otuz il kağız üzərində qaldı. Biz həmin qətnamələrin tələblərini öz gücümüzlə icra etdik, beynəlxalq hüququ və ədaləti bərpa etdik, Ermənistanın işğalına son qoyduq.
Ölkə başçısı bildirdi ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxmakampaniyası idi. Özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa giriblər. Ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar.
Onlara bizim qazımız lazım idi. İki il əvvəl Azərbaycan və Avropa Komissiyası Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının Prezidenti iki il əvvəl Bakıya gəlib bu sənədi bizimlə imzaladı. Çünki onlara bizim qazımız lazım idi.
Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var.
Sevindirici haldır ki,Azərbaycan istərregion ölkəlri, istərsə də Avropa dövlətləri ilə əməkdaşlıqda özünü etibarlı tərəfdaş kimi təqdim edə bilib. İndi bərpaolunan enerji ilə bağlı dünya və Avropa şirkətləri də Azərbaycana böyük maraq göstərirlər. Ölkəmiz energetikanın bu sahəsində də lider mövqelərini tutmağa iddialıdır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı vardır və bu potensial bütünlüklə xalqımızın rifahına, dövlətimizin daha da güclənməsinə yönəldiləcəkdir. Bu gün müstəqil Azərbaycan qarşıya qoyduğu məqsədlərinə doğru inam və qətiyyətlə getdiyini bütün dünyaya bir daha nümayiş etdirir.
Nizami Hüseynov
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər