Rusiya Prezidenti Vladimir Putin teleaparıcı, jurnalist İradə Zeynalovanı Mavrikidə fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Yeni təyin olunan xanım səfirin tərcümeyi-halını təqdim edirik:
İradə Aftandil qızı Zeynalova 1972-ci ilin fevralın 20-də Moskvada anadan olub. Atası Zeynalov Aftandil İsabalı oğlu azərbaycanlıdır, anası Galina Alekseevna isə milliyətcə rusdur. O, Rusiya Televiziyası Akademiyasının üzvü, jurnalist Svetlana Zeynalovanın böyük bacısıdır.İ.Zeynalova doğulduğu şəhərdə 61 nömrəli məktəbdə orta təhsilini başa vurub.1995-ci ildə Tsiolkovski adına Rusiya Dövlət Texnoloji Universitetini bitirib. İxtisasca mühəndis olan İ.Zeynalova universiteti bitirdikdən sonra ABŞ-da təcrübə keçib. Sonradan isə televiziya sahəsinə maraq göstərməyə başlayıb. 1997-ci ildən yeni təyinatadak Rusiyada müxtəlif televiziyalarda işləyib. Rusiyanın NTV kanalında “Vesti nedeli”( ‘Həftə nəticələri’) proqramının müəllifi və aparıcısı olub.
O, 20 noyabr 1998-ci ildə “Vesti”nin gecə efirində G.V.Starovoitovanın öldürülməsi barədə ictimaiyyətə ilk məlumat verən jurnalist olub. İ.Zeynalova I və II dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. Onun Timur adında bir oğlu var.
Bölməyə aid digər xəbərlər