05:37 / 23-07-2026
“Nə? Harada? Nə Zaman?” intellektual oyunu bu dəfə ŞƏKİDƏ...
18:31 / 22-07-2026
Qazaxda Milli Mətbuat Günü qeyd olunub
11:56 / 22-07-2026
Anar Eminov: "Ulu öndər Heydər Əliyev milli mətbuata dövlət qayğısının unikal nümunəsini yaratdı"
10:19 / 21-07-2026
Paşa Hadıyev: "Cəmiyyətin güzgüsü"
15:44 / 20-07-2026
Anar Nəbiyev: Ölkəmizdə ən müasir tələblərə cavab verən media mövcuddur
22:40 / 17-07-2026
Anar Eminov: "Gələcəyin universitetləri yaşıl düşüncənin, elmi innovasiyanın və sosial məsuliyyətin qovuşduğu məkan olacaq"
14:23 / 17-07-2026
Murğuz Alıyev: Uğurla inkişaf edən münasibətlər
11:31 / 15-07-2026
Anar Nəbiyev: "Şuşa əməkdaşlıq məkanına çevrilib"
15:11 / 14-07-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gün münasibətilə tədbir keçirilib
08:40 / 08-07-2026
Çingiz Məmmədov: Qarşılıqlı faydalı münasibətlə
21:59 / 07-07-2026
"Qazaxda qonağa hörmət, sənətə məhəbbət və Vətən sevgisi hər zaman uca tutulur" - Rauf İlyasoğlu
10:53 / 07-07-2026
Anar Nəbiyev: "Azərbaycan-Avropa İttifaqı: əlaqələrin yeni mərhələsi"
18:06 / 06-07-2026
Qazaxın Çaylı kəndində ədəbi bayram: Şair Rafayıl Qurbanoğlunun ikinci kitabı işıq üzü gördü
11:38 / 01-07-2026
Azərbaycan Mədəniyyət Səfirləri" Assosiasiyası təsis olunub
10:12 / 25-06-2026
Anar Nəbiyev: "Biz elə bir güclü ordu yaratmışıq ki…"
14:34 / 24-06-2026
Anar Nəbiyev: "Əməkdaşlıqda yeni səhifə açıldı"
12:05 / 24-06-2026
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
11:59 / 24-06-2026
Ramil Qurbanov: Dostluq və qardaşlıq nümunəsi
08:39 / 24-06-2026
Paşa Hadıyev: "Müdrik xalqımızın qürur mənbəyi"
22:13 / 21-06-2026
ELÇİN MANSUROVUN da müəllifi olduğu QIDALANMA VƏ ONKOLOGİYAYA DAİR KİTAB həm də elmi mənbədir
20:29 / 21-06-2026
Bakıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində yekun tədbir keçirilib
09:01 / 21-06-2026
Habil Cavadovun sənət bağçasından bir neçə yarpaq...
17:47 / 20-06-2026
"Sağlamlıq yalnız xəstəliyin müalicəsi ilə deyil, həm də qorunması və dəstəklənməsi ilə mümkün olur" - həkim Həsən Məmmədov
09:04 / 19-06-2026
Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib
00:44 / 14-06-2026
Təcrübəli mütəxəssislər kursantlarla bilik və təcrübələrini bölüşüblər
13:31 / 12-06-2026
Mehman Ballayev: Qardaşlığı, həmrəyliyi və strateji tərəfdaşlığı əks etdirən tarixi sənəd
11:49 / 12-06-2026
Anar Nəbiyev: "Müttəfiqlik münasibətləri bütün sahələri əhatə edir"
19:08 / 11-06-2026
Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
10:56 / 11-06-2026
Anar Nəbiyev: "Qurtuluş tarixi"
13:47 / 10-06-2026
Nicat Göşşüyev: Şanlı dövlətçilik tarixində dönüş nöqtəsi
“Ali təhsil ocaqlarında praktiki biliklər kifayət qədər tələbələri qane etmir” - Ramin Nurəliyev
Məlumunuzdur ki, hər il minlərlə tələbə Azərbaycan universitetlərindən məzun olur. Çox təbii haldır ki, məzun olanlar iş həyatına başlamaq üçün hər biri öz sahəsi üzrə müəyyən vakansiyalara müraciət edir.
Ramin Nurəliyev
İxtisas seçimi və gələcək karyera
üzrə mütəxəssis, Təhsil üzrə ekspert
Bölməyə aid digər xəbərlər
Məlumunuzdur ki, hər il minlərlə tələbə Azərbaycan universitetlərindən məzun olur. Çox təbii haldır ki, məzun olanlar iş həyatına başlamaq üçün hər biri öz sahəsi üzrə müəyyən vakansiyalara müraciət edir. Statistika göstərir ki, hər il universiteti bitirənlərin 40 faizə yaxını öz ixtisası üzrə sahələrdə işləmirlər. Buna əsas səbəb olaraq universiteti bitirənlərin öz ixtisası üzrə bilik və bacarıqlarının kifayət qədər olmamasıdır. İstər dövlət qurumlarında, istərsə də özəl sektorlarda işəgötürənlər daha çox potensiallı, işinin əhli olan kadrlarla üstünlük verir. Amma çox təəssüf ki, bir çox işəgötürənin narazılığı gənc kadrların kifayət qədər təcrübəvi biliklərə malik olmamasıdır. Universitetlərdə daha çox nəzəri biliklərin mənimsənilməsi, praktiki biliklərə münasibətin zəif olması tələbələrin gələcəkdə iş həyatına atılmasına mənfi təsir göstərir. Ona görə də, universitetləri bitirənlərin əksəriyyəti təcrübəvi biliklərdən xəbərsiz qalır, yaxud da, tam mənimsəmir. Bu da bir çox gənclərin əmək bazarına olan münasibətini xeyli zədələyir. Bu əskikliyi aradan qaldırmaq üçün gənclər məcburiyyət qarşısında qalaraq təcrübəvi biliklərini inkişaf etdirmək üçün hazırlıq kurslarına və yaxud da, özəl sektorlara müraciət edirlər.
Düşünürəm ki, bu gün bizim universitetlərimizdə praktiki biliklərin kifayət qədər mənimsənilməməsi gənclərin xarici universitetlərə üz tutmasına da müəyyən qədər səbəb olur. Xaricdə ölkə universitetlərində təhsil alan tələbələrimizin bir çoxu praktiki biliklərin aşılanmasını ölkə universitetləri ilə müqayisə olunmayacaq dərəcədə fərqli olduğunu ifadə edirlər. Əgər bizim universitetlərimiz kadr hazırlığı istiqamətində müəyyən addımlar atarsa, tələbələrin nəzəri bilikləri ilə yanaşı praktiki biliklərinin mənimsənilməsinə öz töhfəsini verərsə, bu bizim gənclərin rahat işlə təmin olunmasında xüsusi rol oynayacaqdır. Həmçinin də, bizim ali təhsil qurumları kadr hazırlığında kifayət qədər tələbəyə dəstək olarsa, bu gələcəkdə gənclərimizin əmək bazarında rahatlıqla müəyyən bir mövqe tutmasına gətirib çıxaracaqdır. Amma hal acınacaqlı olunca bu əmək bazarına, o cümlədən iş imkanlarına da ciddi təsir göstərir. Buna görə də universiteti yeni bitirən gənclər ixtisasları üzrə iş tapa bilmədikləri üçün günahı dövlət qurumlarında, işəgötürənlərdə, dövlət qulluğu komissiyasında və imtahan keçirən qurumlarda görürlər.
Ümumiyyətlə cəmiyyətdə belə bir fikir formalaşıb ki, vətəndaş universiteti bitirdikdən sonra dövlət onu işlə təmin etməlidir. Qəbul etməliyik ki, bu gün biz kapitalizm cəmiyyətində yaşayırıq. Kimsə gözləməsin ki, universiteti bitirdikdən sonra ona yüksək vəzifə ilə iş təklifi olunacaq. Kapitalizm cəmiyyətində bacarıqlı, ixtisasının bilicisi olanlar özü rahatlıqla işlə təmin olunur və yaxud öz işini qurur. Bu inkişaf etmiş ölkələrdə də belədir. Gəlin etiraf edək ki, ölkəmizdə dövlət və özəl sektorda iş yerləri və iş imkanları az deyil. Öz bilik
və bacarığı yüksək səviyyədə olan kadrlar iş tapmaqda çətinlik cəkmirlər. Dövlət hər il dövlət qurumlarında dövlət qulluğu imtahanına uyğun vakansiyalar verir. Dövlət qulluğu imtahanında müvəffəq olanlar təmənnasız işlə təmin olunur. Eləcə də, Xüsusi Təyinatlı Akademiyaların məzunlarının təyinatlı əmək fəaliyyətinə başlaması, o cümlədən, Dövlət proqramları ilə xaricdə təhsil alan tələbələrlə bağlanılan müqaviləyə əsasən təhsilini bitirdikdən sonra ölkəyə qayıdaraq işlə təmin olunmasını misal göstərmək olar. Həmçinin bir neçə nazirliklər də xüsusi imtahanlar keçirərək potensiallı kadrların işlə təmin olunması üçün müvafiq addımlar atır.
Hamımız bilirik ki, gənclərə bu bilik və bacarığı Ali təhsil ocaqları verməlidir. Buna görə də, bizim ali təhsil ocaqlarında nəzəri biliklərlə yanaşı təcrübəvi biliklər yüksək səviyyədə olmalıdır. Şübhəsiz, universitetin son kurs tələbələri ixtisasına uyğun qurumlarda təcrübə keçirlər, amma bunun səviyyəsi bir çox universitetdə formal xarakter daşıyır. Düşünürəm ki, hər bir ixtisas üzrə universitetlər ən yaxşı təcrübə yerlərini müəyyən etməlidir. Təcrübə keçilən yerlər lazımi tələblərə cavab verməlidir. Həmçinin tələbələrə ciddi nəzarət olunmalıdır. Tələbələr hüquq ixtisası üzrə ən yüksək məhkəmələrdə, tibb ixtisası üzrə ən yaxşı klinikalarda, jurnalistika ixtisası məzunları ən yaxşı media mərkəzlərində, İqtisadiyyat yönümlü ixtisaslar İqtisadiyyat Nazirliyində, inkişafda olan şirkət və banklarda, mühəndislik ixtisasları istehsalat mərkəzlərində, zavod və fabriklərdə, informasiya sahəsi üzrə dövlət və özəl sektorda, pedoqoji ixtisaslar isə nəticələri yüksək olan məktəb, lisey və gimnaziyalarda təcrübə keçməlidir. Tələbə özü ixtisasına uyğun təcrübə yeri tapırsa, universitetlər buna şərait qurmalı və yaxşı yerlərdə təcrübə keçmələrinə köməklik göstərməlidir. Əlbətdə bu mövzuda universitet ilə yanaşı tələbənin də istək və marağı əsasdır. Tələbə də, bu istiqamətdə gələcəyinin həll olunmasını düşünərək praktikalara ciddi yanaşmalı, mükəmməl təcrübəvi biliklərə sahib olmalıdır. Çox təəssüflər olsun ki, bizim tələbələrin bir qismi təcrübə proqramlarına ciddi yanaşmırlar. Müxtəlif yollar və bəhanələrlə təcrübə proqramlarından yayınmağa çalışırlar.
Bütün bunları nəzərə alaraq təcrübə şəraiti həm universitetlərdə, həm təcrübə yerlərində məsuliyyətlə aparılmalı, tələbələr də bu proqrama aktiv yanaşmalıdır. Bu məsuliyyət müvafiq nazirliklərə, dövlət və özəl sektora maraqlı olmalıdır ki, gələn tələbələrə lazimi biliklərin öyrədilməsini təmin etsin. Buna görə də, istər əmək bazarında, istərsə də iş həyatında gənclərimizin müvəffəqiyyət əldə etməsi üçün təcrübə yerlərinin subyektləri, universitet rəhbərliyi və tələbə birgə səy göstərməlidir.
İxtisas seçimi və gələcək karyera
üzrə mütəxəssis, Təhsil üzrə ekspert
Tarix: 6-04-2024, 09:52 Oxunub: 1 279
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
18-01-2022, 10:32
Təhsil sisteminin `TEXNİKİ VİLAYƏTİ`: Burda özbaşınalıqdır... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
14-04-2021, 00:22
Əli Abbasov və Vidadi Zeynalov dövlətdən oğurladığı 100 milyonları niyə qaytarmır? - İTTİHAM
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
5-05-2023, 08:00
"Heydər Əliyev və Azərbaycan səhiyyəsi" - Nasir Əhmədov
30-03-2023, 09:25
Əli Nağıyevi gözdən salma və DTX-ya qarşı təxribat kampaniyası - Ata öz oğlunun ölüm səbəbinin araşdırılmasını niyə istəmir?
13-10-2021, 13:49
Yalançı təhsil şəbəkəsi iş başındadır - Diqqət!
3-08-2021, 18:42
Repetitor ümidinə qalan təhsil: “O da olmasa “ölü” yerdə qalacaq”
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
22-01-2021, 17:48
"Ali təhsil haqqında" qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirildi
















