11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Mühüm və vacib amillər" - Aynurə Abbasova

      Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis olunmuş Laçın Şəhəri Günü  artıq ikinci dəfədir ki, 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Möhtərəm Prezidentimizin təbirincə desək: “Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq”. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu gün biz işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən   Laçında toy-bayram edirik.Hər bir Laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. 
       Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bəli, Laçınlılar 31 ildən sonra öz doğma  kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. 1000-ə yaxın Laçın sakini artıq şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Bu ilin sonuna qədər minlərlə həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq.
     Laçında həyata  keçirilən quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obiyektləri də yaradıcılacaq.
    Fəxrlə deyə bilərik ki,dövlətimiz öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur.İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edir.  Bütün bunlar Qarabağın və  Şərqi Zəngəzurun dirçəlişində,  əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında mühüm və vacib amillərdr.

Aynurə Abbasova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri


Tarix: 26-08-2024, 11:12 Oxunub: 135


Bölməyə aid digər xəbərlər