“Sərnişindaşımada əsas prioritetlərimizdən biri sərnişinlərə müasir, keyfiyyətli və təhlükəsiz xidmətlərin təqdim olunmasıdır. Əsas amalımız xidmət coğrafiyasının genişləndirilməsi deyil, eyni zamanda xidmət keyfiyyətinin artırılmasıdır” - bunu bu gün Ucar və Ləkidə sürət qatarının yeni dayanacağının ayrılması ilə bağlı keçirilən mediaturda ADY-nin sədri Rövşən Rüstəmov bildirib.
O qeyd edib ki, bunun üçün həm dünya standartlarına uyğunlaşmaq, həm də qatarlarımızın, həm infrastrukturumuzun müasirləşdirilməsi istiqamətində işlər görülür: “Bu strateji hədəfə uyğun olaraq İsveçrənin “Stadler” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq 10 ədəd sərnişin qatarının alınması hədəflənib. Bu qatarlardan 4-ü artıq bu gündən etibarən sərnişinlərin istifadəsinə verilib. Yerdə qalan 6 qatarın isə bu ilin sonunadək ölkəyə çatdırılması planlaşdırılır.Bu gün istismara verilən qatarlarda da bu prinsiplər tam təmin olunub. Bu qatarlar müasir təhlükəsizlik sistemləri ilə, innovativ həllərlə təchiz olunub. Sərnişindaşımada həyata keçirilən işlərdən biri də rəqəmsallaşmanın aparılmasıdır”.
R.Rüstəmov əlavə edib ki, bu istiqamətdə bir sıra yerinə yetirilən təşəbbüslər var: “Onlara ödəniş sistemlərinə tam inteqrasiya, mobil tətbiqin istifadəyə verilməsi və digər xidmətlər daxildir ki, bütövlükdə bunlar sərnişindaşımada yemi xidmət standartının həyata keçirilməsinə imkan verəcək”.
Bölməyə aid digər xəbərlər