Polis vətəndaşlara müraciət etdi: “Xaricdə olan cinayətkar qruplardan özünüzü qoruyun”

Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib.

Nazirlikdən daxil olan müraciətdə deyilir: “E-poçt və ya daxil olan zəngə cavab olaraq şəxsi məlumatlarınızı verməyin. Əgər kimsə sizə zəng edərək bank kartı nömrəsi kimi şəxsi məlumatlarınızı soruşursa, bunun fırıldaq olduğunu fərz edin. Xaricdə olan cinayətkar qrupların orada yaşayan azərbaycanlıları bu fəaliyyətə cəlb etməsi ilə bağlı faktlar var. Danışıqları, yazışmaları həmin şəxslərin vasitəsilə aparırlar”.


Tarix: 13-05-2024, 11:08 Oxunub: 302


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31