Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mingəçevirdə jurnalistə qarşı hörmətsizlik edən xəstəxana rəhbərliyini cəzalandırıb.
TƏBİB-dən verilən məlumatda bildirilir ki, səhiyyə sahəsində aparılan islahatlara kölgə salan istənilən neqativ hərəkət bizi narahat və məyus edir:
"Jurnalist Aynur Elgünəşin Mingəçevir ŞMX-da qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən, səlahiyyətli şəxslər cəzalandırılıb. Belə ki, Xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov və cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib. Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq.
Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək".
Bölməyə aid digər xəbərlər