Bakıda 12 yaşlı qızcığazı paltar almaq adı ilə qaçırıb evləndilər - VİDEO

    Bakıda 12 yaşı olarkən Ülkər adlı qız ərə verilib. Onun 13 yaşında övladı dünyaya gəlib.
Hazırda 25 yaşı olan Ülkərin iddiasına görə, 4 ildir övladını ona göstərmirlər.
     “12 yaşım olanda məni qaçırdılar. Həmin vaxt 119 saylı orta məktəbin şagirdi idim. Məni istəmişdilər, “hə” məclisi olmuşdu. Lakin anam yaşımın tamam olmasını istəmişdi. Amma Oqtay Ələkbər oğlu Hüseynov dörd aydan sonra məni qaçırdı. O, Biləsuvarda yaşayırdı, Türkanda işləyən vaxt məni görmüşdü.
      Mənim oxuyub həkim olmaq kimi arzularım var idi. Amma hamısı ürəyimdə qaldı.
      Məni paltar almaq adı ilə aldadıb qaçırdı. Biləsuvara gətirəndə anası və atası ona dedi ki, haradan götürmüsənsə, apar qaytar yerinə. Oğlan cavab verdi ki, daha gətirmişəm və aparmayacağam. Sonra oğlan toyu oldu. Toydan 4-5 ay sonra hamilə oldum. Sonra övladım 8 aylığında doğuldu. Xəstəxanada mənim neçə yaşımın olmasını gizlətdilər. Məni qayınatam da, qayınanam da döyüblər”, - deyə 12 yaşında qaçırılan Ülkər bildirib.


Tarix: 16-04-2024, 10:20 Oxunub: 350


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031