Bakı Mühəndislik Universitetində (BMU) tədris olunan ixtisaslardan biri də proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasıdır. Proseslərin avtomatlaşdırılması dedikdə, insanın bilavasitə iştirakı olmadan görülən işlər nəzərdə tutulur. Bunun üçün texnoloji prosesin hazırlanması, onun gedişinə nəzarət vəzifəsi isə proseslərin avtomatlaşdırılması mühəndislərinin üzərinə düşür.
BMU-dan bildirilib ki, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələrin yüksək səviyyəli mütəxəssis kimi hazırlanması üçün müxtəlif tədris və elmi-texniki laboratoriyalar mövcuddur. Tələbələrə bu laboratoriyalarda sənayenin avtomatlaşdırılması, avtomatik tənzim, nəzarət, proqramlaşdırıla bilən məntiqi kontrollerlər, komanda dövrələri, analoq və diskript elektronika və s. dərslər tədris edilir. Tələbələr təhsil müddətində ölkəmizdə və xaricdə yaradılmış sənaye müəssisələrində təcrübələr keçir və zəruri bacarıqlara yiyələnirlər. Bu ixtisası bitirən məzunlar neft-kimya, maşınqayırma, energetika və digər sahələrdə rahatlıqla iş tapa bilirlər.
Qeyd edək ki, avqustun 9-dan ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi başlayıb. İxtisas seçimi avqustun 19-dək davam edəcək.
Bölməyə aid digər xəbərlər