Bu gün - iyunun 3-də Azərbaycandakı ali məktəblərdə yaz imtahan sessiyası başlayıb.
Universitetlərdə 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2024-cü il 24 may tarixli əmrinə əsasən, müvafiq hazırlıq işləri görülüb. Əksər universitetlərdə yaz imtahan sessiyasının 2024-cü ilin iyun ayının 3-dən başlayaraq 5-6 həftə ərzində keçirilməsi nəzərdə tutulub.
Mingəçevir Dövlət Universitetindən (MDU) bildirilib ki, imtahan sessiyası şifahi, yazılı və test formasında təşkil ediləcək. 1200-dən çox imtahanda 4000-dən artıq tələbə və magistrantın iştirakı gözlənilir.
“İmtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin ediləcək”.
Bakı Dövlət Universitetindən (BDU) bildirlib ki, imtahanlarla əlaqədar Elmi Şurasının iclası keçirilib. 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və Yekun Dövlət Attestasiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) keçirilməsi üçün müvafiq addımlar atılıb.
Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2024-cü il iyul ayının 3-dən 10-dək şərait yaradılması barədə qərar qəbul olunub. Yekun dövlət imtahanlarının 30 may, təkrar yekun dövlət imtahanlarının isə 24 iyun tarixlərində təşkil edilməsi qərara alınıb.
Lənkəran Dövlət Universitetindən (LDU) bildirilib ki, rektor Natiq İbrahimov imtahanların gedişini əyani izləmək məqsədilə bu gün imtahan gedən korpuslara baş çəkib və tələbələr üçün yaradılan şəraitlə əyani tanış olub.
İmtahan sessiyası 03.06.2024-cü il tarixindən 04.07.2024-cü il tarixinədək davam edəcək.
Tələbələrin arzu və istəkləri nəzərə alınmaqla yaz imtahan sessiyasında bütün fakültələr üzrə imtahanlar iki növbədə keçirilir. 1-ci növbədə imtahanlar saat 09:00-dan 11.30-dək, 2-ci növbədə isə saat 14:00-dan 16:30-dək təşkil olunacaq. Yaz semestrinin imtahan sessiyasında həmçinin imtahanların vaxtının təyin olunmasında tələbələrə seçim hüququ verilib və onlar onlayn qaydada bu seçimdən isifadə edərək imtahana düşən fənlərin gününü və saatını özləri müəyyənləşdirmək imkanı əldə ediblər. Bu yenilik tələbələrə imtahan biletlərini kompüter vasitəsilə birbaşa elektron bazadan götürmək, eləcə də də imtahanları operativ verib sessiyanı daha tez yekunlaşdırmaq şansı verir.
İmtаhаn sеssiyаsında tələbələrin biliyinin qiymətləndirilməsində şəffаflığı və оbyеktivliyi təmin еtmək, yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədi ilə Оpеrаtiv Qərаrgаh və Apellyasiya komissiyası yaradılıb və imtahan gedən korpuslarda bu məqsədlə xüsusi otaqlar ayrılıb.
Gəncə Dövlət Universitetində (GDU) deyilib ki, yaz imtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi üçün lazımi şərait yaradılıb, nəzarət komissiyası təşkil edilib, nəzarətçi qrupların bölgüsü aparılıb. Bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılıb. Universitet üzrə əmrə əsasən, imtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apellyasiya Komissiyası, bununla yanaşı ziyalılar, millət vəkilləri, tələbələrin valideynləri və QHT üzvlərindən ibarət “İctimai nəzarət şurası”nın yaradılıb.
O da bildirilib ki, imtahan sessiyası bütün təhsil səviyyələrində 2024-cü ilin iyun ayının 3-dən iyul ayının 5-dək yazılı, şifahi, test, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək.
Bölməyə aid digər xəbərlər