11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verildi

Mayın 3-də Bakı Mühəndislik Universitetində (BMU) BP şirkətinin sponsorluğu ilə kibertəhlükəsizlik laboratoriyasının açılışı mərasimi keçirilib. Mərasimdə universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
 
BMU-nun rektoru, professor Yaqub Piriyev açılış mərasimində çıxış edərək Azərbaycanın təhlükəsizliyinin qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışıb. Qeyd edib ki, müasir dünyada kibertəhlükəsizliyi təmin etmək olduqca önəmlidir. İnternet həyatımızın bütün sahələrinə daxil olduğu üçün kibertəhlükəsizliklə bağlı kadrların yetişdirilməsi də mühüm məsələdir.
 
Rektor diqqətə çatdırıb ki, yeni laboratoriyada İT mütəxəssisləri təhsil alacaqlar. Ümumiyyətlə, BMU-nun “BP Azərbaycan” şirkəti ilə əməkdaşlığı nəticəsində yeni ixtisasların tədrisi üçün imkanlar yaradılır.
 
Çıxış edən BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, kibertəhlükəsizliklə bağlı ali məktəblərdə 3 laboratoriyanın açılması planlaşdırılıb. Birinci laboratoriya BMU-da istifadəyə verilir. BP sosial layihələr çərçivəsində təhsilə xüsusi ilə diqqət yetirir. Şirkətin köməkliyi ilə indiyədək BMU-da 11 laboratoriya açılıb. Yeni laboratoriya Azərbaycana qarşı təhdid və riskləri aradan qaldıracaq kadrlar hazırlayacaq. Müasir dünyada kibertəhlükəsizliyin təmin olunması bütün dövlət və özəl qurumlar üçün əhəmiyyətli xarakter daşıyır. Bunu nəzərə alan “BP Azərbaycan” şirkəti də sosial layihələri çərçivəsində ali məktəblər üçün yeni laboratoriya və digər İT avadanlıqlarının alınması və tətbiqində iştirak edəcək.
 
Mərasimdə çıxış edən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Gündüz Osman dünyada yaranmış internet cinayətkarlığı barədə məlumat verib. Bildirib ki, dünya iqtisadiyyatı kiber hücumların nəticəsində hər il milyardlara dollar zərər çəkir. Risklərin və təhdidlərin qarşısının alınması üçün yeni İT kadrların hazırlanması çox mühüm məsələdir.
 
Sonra BMU-nun kibertəhlükəsizlik laboratoriyasının açılışı olub.


Tarix: 3-05-2024, 12:49 Oxunub: 260


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı