"Burax elmin başını, mənə şirkəti inkişaf etdirmək yolları tap"- sitat.
Bir ədəd Tomas Edison vardı - "ildırım adam", fövqəl-qüvvə Nikola Teslanın baş bəlası. Bu fərd elm yox, pul qazanmaq marağında idi. Zavallı Nikolanın həyatında çox pis rolu olmuşdu bu fərdin. Çox haqqına girmişdi. "Fərd" ona görə deyirəm ki, şəxsiyyət ola bilmədi, buna cəhd də etmədi Tomas Edison. Həyatda almaq istədiyi qəribə şey vardı - qul haqqı!
"Ey, cavan oğlan, sən, deyəsən, biz amerikalıların zarafat xasiyyətini bilmirsən"...
O, heç vaxt elm haqqında düşünmədi. Və hər dəfə bandit Edisondan böyük məbləğdə pul borcunu ala bilməyən, yüzlərlə kəşfi oğurlanan, hökümətin addımbaaddım izlədiyi tanınmış alim hirsli vaxtında dənizin sahilinə gələr, hirsini ona tökərdi- su üzərində parlaq ildırımlar çaxardı. Bəzən də köhnə laboratoriyasında zəlzələlər yaradar, adamlar polis çağırandan sonra durumu fərq edərdi...
Bu bandit Tomasın ömrü isə Nikolanı şərləməklə, nüfuzunu endirməklə keçdi. Heç vaxt pislik etməkdən yorulmurdu.
Əslində, o, həqiqi alim də deyildi.
Ölüm ayağında olanda rahatca halallıq istəmək planı vardı. Nağıllar danışmaq və haqqına girdiyi bəndələrin asanlıqla halallığını almaq. Plan baş tutmadı.
Tomas ən iyrənc yollara əl atdı. Növbəti plan- Nikola'nı heyvanlarla şantaj etmək oldu.
Edison Company işçiləri balaca uşaqlara qəpik-quruş vəd edərək evlərindəki, küçələrdəki pişikləri, itləri alır, öldürür, şantaj planını reallaşdırırdılar.
Evlərdən heyvanlar yoxa çıxır, Tomas həşir salaraq heç nədən xəbəri olmayan Nikolanı heyvan və bəşəriyyət qatili, təhlükəli adam olmaqda günahlandırır, onun elmi kəşflərinin təhlükə yaratdığı barədə əsassız fikirlər söyləyir, qanuna zidd olaraq ictimaiyyətə böhtan xarakterli məlumatlar yayırdı...
Tomas yorulmurdu... Axırda, məşhur, sevimli zoopark filini hədəf seçdi(filin adını unutmuşam). Videoçəkiliş təşkil etdi, fili canlı şəkildə kameraya çəkdirərək yüksək elektrik cərəyanı buraxdırdı. O videonu görmüşəm! Heyvanın ölüm anı anbaan görüntülənmişdi, bu, dəhşətli idi !
Aygün Sadiq
Bölməyə aid digər xəbərlər