Analar uşaqlara öz soyadını verə bilərmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilən “Adın, ata adının və soyadın verilməsi və dəyişirilməsi qaydaları”na əsasən, uşağın valideynlərinin soyadı müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Buna baxmayaraq cəmiyyətimizdə uşaqlara soyadın ata tərəfindən keçdiyi birmənalı şəkildə qəbul edilib.

Sözügedən mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu daha çox bizim milli adət-ənənəmizlə bağlıdır.

“İstər türk inancı, istərsə də müsəlman prinsiplərinə görə nəslin davamı ata ilə bağlıdır. Bütün tarixi boyu biz bunu bu cür qəbul etmişik. Hər kəs özünü atası ilə tanıdıb, kimisə atasının yox, anasının adı adı ilə təqdim etmək, onu aşağılamaq kimi qəbul olunub. Bu səbəbdən mövcud qanunvericilikdə ananın da soyadını övladına vermək hüququ olsa da, buna maraq göstərmirlər”.


Tarix: 30-09-2024, 13:11 Oxunub: 332


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31