“Venesuelada çevriliş cəhdinə ABŞ və İlon Mask rəhbərlik edirlər”

“Venesuelada çevriliş cəhdinə ABŞ və İlon Mask rəhbərlik edirlər”. TASS-a istinadən xəbər verilir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro bildirib.

O, həmçinin İlon Mask və Argentina lideri Xavyer Mileyi “sağçı faşistlər” adlandırıb. “Onlar Venesuelada “Quaydo” filminin ikinci hissəsini çəkmək istəyirlər”, - deyə Maduro qeyd edib.

O, 2019-cu ildə baş vermiş hadisələrlə müqayisə aparıb. Həmin vaxt ABŞ başda olmaqla bir neçə ölkə özünü prezident elan etmiş Xuan Quaydonu dövlət başçısı kimi qəbul etmişdi.

Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Hakimiyyət hazırkı dövlət başçısı Nikolas Maduronun qələbəsini elan edib. Bundan sonra Karakasda polislə etirazçılar arasında toqquşmalar başlayıb, saxlanılanlar var.


Tarix: 3-08-2024, 13:07 Oxunub: 361


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031