Sui-qəsdin üstünü “Whatsapp”la açdılar

    Venesuela Prezidenti Nikolas Maduro 11 martda onun həyatına sui-qəsd planının üzə çıxmasının təfərrüatını açıqlayıb. “Bazar ertəsi günü “Maduro Plus ilə” televiziya proqramının çəkilişləri üçün Maturin şəhərinə gedəndə “Whatsapp”da “Bu gün Maduro Maturində öləcək” yazan şəxsin tutulması ilə bağlı kəşfiyyat məlumatı aldım”, - deyə dövlət başçısı bildirib.
    Prezident qeyd edib ki, həbs edilən terrorçu bir qrup silahlı motosikletçi ilə sui-qəsd hazırlayan Milli Qvardiyanın fərari çavuşu ilə əlbir olub. “Maturin küçələrinə çıxan kimi onlar mənə hücum etməli idilər”, - Maduro deyib.
     O əlavə edib ki, həbs edilən terrorçu hazırda fəaliyyət göstərməyən “Causa Ere” siyasi qruplaşmasına mənsub olub. “Baş Prokurorluq hərtərəfli araşdırma aparır, artıq sübut və dəlillərə malikdir”, -  prezident vurğulayıb.


Tarix: 17-03-2024, 13:01 Oxunub: 212


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31