11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Dünya liderlərindən Qəzza ilə bağlı bəyanat: Artıq vaxtıdır...

Dünyanın 17 ölkəsinin liderləri Qəzzadakı vəziyyətlə bağlı birgə bəyanat imzalayıblar.

ABŞ, Argentina, Avstriya, Braziliya, Bolqarıstan, Kanada, Kolumbiya, Danimarka, Fransa, Almaniya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya, Tailand və Birləşmiş Krallığın liderlərinin birgə bəyanatında Qəzzada həmin ölkələrin vətəndaşlarının da olduğu girovların “Həmas” tərəfindən saxlanılmasından dərin narahatlıq ifadə edilib.

Ölkələr atəşkəs, girovların azad edilməsi ilə bağlı masada olan və ABŞ Prezidenti Co Baydenin mayın 31-də elan etdiyi razılaşma istiqamətində fəaliyyəti tam dəstəklədiklərini bildiriblər.
 
Bəyanatda, həmçinin “Həmas” bu razılaşmanı imzalamağa və girovların azad edilməsi prosesinə başlamağa çağırılıb.
“Bu razılaşma atəşkəsin dərhal əldə olunmasına, İsrail və fələstinlilər üçün təhlükəsizliyin təminatı ilə bərabər Qəzzanın bərpasına və daha davamlı uzunmüddətli sülhə, iki dövlətli həll imkanlarına gətirib çıxaracaq. Bu həlledici anda biz İsrail liderlərini, eləcə də “Həmas”ı bu razılaşmanı imzalamağa və girovlarımızın ailələrinə, eləcə də bu dəhşətli münaqişənin hər iki tərəfində olanlara, xüsusilə mülki əhaliyə kömək etmək üçün lazım olan yekun kompromis addımları atmağa çağırırıq. Müharibənin bitməsinin vaxtıdır və bu razılaşma vacib başlanğıc nöqtəsidir”, - deyə bəyanatda qeyd olub.


Tarix: 7-06-2024, 09:49 Oxunub: 174


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı