Dişlərin saralmasının SƏBƏBLƏRİ



Rusiyalı stomatoloq Vladimir Losyev dişlərin saralmasının səbəblərini açıqlayıb.
Mədənin turşuluğunun artmasına diqqət yetirilməlidir.
Çünki mədə turşuluğunun artması nəticəsində diş minası incəlir. Bundan əlavə, tüpürcəklə bağlı problemlər dişin görüntüsünü dəyişdirən “lövhə” meydana gətirə bilər.
Siqaret çəkmək kimi zərərli vərdişlər də dişlərin saralmasına yol açır. O cümlədən qırmızı şərab, tünd çay, kofe də son nəticədə dişləri saraldır. Suşi həvəskarları üçün bu baxımdan bəd xəbər var. Suşidə istifadə edilən soya sousu da dişlərə mənfi göstərir.
O da nəzərə alınmalıdır ki, dentin sarımtıl rəngə malikdir. Buna görə də diş minasının üst təbəqəsinin aşınması və incəlməsi ilə dişlərin saralması ən çox müşahidə olunan haldır.

 Lent.az


Tarix: 20-06-2022, 08:16 Oxunub: 486


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930