Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan edildi



Gürcüstan parlamenti növbədənkənar iclasında birinci oxunuşda taksilərdə, su nəqliyyatında və şəxsi nəqliyyat vasitələrində yetkinlik yaşına çatmayanların yanında siqaret çəkilməsinin qadağan edilməsi ilə bağlı qanunvericiliyə düzəlişlər paketini qəbul edib.

Səsvermə qanunverici orqanın saytında canlı yayımlanıb.

Taksi və su nəqliyyatında siqaret çəkmək 200 lari (64 dollardan çox), azyaşlıların yanında şəxsi avtomobildə yeni qaydalara etinasızlıq isə 50 lari (16 dollardan çox) cərimə ilə cəzalandırılacaq. İl ərzində təkrar pozuntu halında cərimələr ikiqat artacaq.

Qeyd edək ki, Gürcüstanda 2018-ci ildən siqaretə qarşı mübarizə gücləndirilib. Restoran, bar və kafelərdə siqaret çəkməyi qadağan edən ilk siqaret əleyhinə qanun hələ o zaman qəbul edilib. Daha sonra respublika hökuməti tütün məmulatlarına aksiz vergisini artırib, həmçinin siqaret istehsalı ilə məşğul olan şirkətlərin bağlamaların üzərində siqaretin zərərini göstərən təsvirlər yerləşdirməsi öhdəliyini təsdiq edib.


Tarix: 30-12-2021, 07:44 Oxunub: 861


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31