Elektron siqaret və qəlyan da aksiz vergisinə cəlb edilir


Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri də aksiz vergisinə cəlb edilir.

Atia.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsində dəyişikliklərdə bildirilir. Belə ki, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya burna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat aksiz vergisi tətbiq ediləcək.

Həmçinin qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə görə aksiz vergisi 14,0 manata qaldırılır. Əvvəl bu rəqəm 12 manat 90 qəpik idi.

Bundan əlavə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri –hər bir ədədinə 0,25 manat aksiz vergisi tətbiq edilməsi təklif olunur.


Tarix: 3-11-2021, 11:39 Oxunub: 472


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930