Unun qiymətinin 35 manata qaldırılması ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi yanvarın 4-də Tarif Şurasının qərarı ilə benzinin qiyməti 1 manata, dizelin isə 80 qəpiyə qaldırıldı. Bu artım artıq bir sıra qida məhsullarında eləcə unun və siqaretin qiymətinə də təsir etməyə başlayıb. Belə ki, iddialara görə 28 manata satılan unun qiyməti artıq 32-35 manat arası dəyişir.

ATİA.AZ sonxeber.az - a istinadən xəbər verir ki , bununla bağlı fikirlərini bölüşən deputat Azər Badamov bildirib ki, 28 manata olan un, 32-35 manata satılırsa və bunu benzinin bahalaşması ilə əlaqədar deyilirsə, bu tamamilə əsassızdır:

“Çünki benzinin bahalaşması, unun ancaq daşınma xərclərində cüzi artıma səbəb ola bilər. Ona görə bir sutkada unun qiyməti 5-7 manat artırılırsa, bunu süni qiymət artımı hesab edirəm. Bildirirəm ki, laqədar dövlət strukturlar bu işlə məşğul olmalıdır”.

Deputat qeyd edib ki, siqaretin qiymətində ümumiyyətlə artım olmamalıdır:

“Amma bununla yanaşı siqaretin qiymətinin rəsmi artırılmasının və ya satışına qadağa qoyulmasının tərəfdarıyam. Mən insanların sağlamlığı naminə siqaretin dövriyyəsini maksimum məhdudlaşdırılmağını dəstəkləyirəm”.


Tarix: 6-01-2021, 22:43 Oxunub: 483


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930