11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Deputat: “Yanacağın qiymətinin artırılması elə də yüksək deyil”

“Hesab edirəm ki, benzinin qiymətinin artırılması məcburi qərardır”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə Azərbaycanda benzinin qiymətinin qalxmasından danışarkən deyib.
Milllət vəkilinin fikrincə, yanacağın məcburi qiymət artımına bir sıra nüanslar öz təsirini göstərib:-“Bilirsiniz ki, koronavirus pandemiyası, 44 günlük müharibə Azərbaycan iqtisadiyyatına zərbə vurdu. Ona görə də müəyyən iqtisadi səbəblər benzinin qiymətinin qalxmasına öz təsirini göstərdi. Eyni zamanda, ətraf ölkələrdə benzinin qiymətinin artması Azərbaycana süni axın yarada, itkilərimiz arta bilərdi”.
Asim Mollazadənin sözlərinə görə, məhz bu səbəbdən də öz bazarımızı müdafiə etmək üçün belə bir addım atıldı:
“Yanacağın qiymətinin artırılması ilə bağlı rəqəmlər elə də yüksək deyil. Mənə elə gəlir ki, müharibədən və ağır pandemiyadan çıxmış bir ölkə üçün bu, çıxılmaz addım idi”.
Qeyd edək ki, yanvarın 4-də Tarif Şurasının növbəti iclası keçirilib. İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.


Tarix: 5-01-2021, 22:36 Oxunub: 320


Bölməyə aid digər xəbərlər