Dr. Sevinc Nağıyeva Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının peşəkar həkim-stomatoloqu

Dişlərə düzgün qulluq edilməsi onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir. Sağlam, parlaq, möhkəm dişlərə, təravətli ağız boşluğuna sahib olmaq üçün peşəkar diş həkiminə müraciət etməlisiniz. Tanınmış diş həkimi Sevinc Nağıyeva həm dişinizin sağlamlığının qeydinə qalacaq, həm də sizi gözəl görünüşə qovuşduracaq.
-Hörmətli redaksiya! Mən neçə aylar idi ki, diş ağrılarından çox əziyyət çəkirdim. Sevinc həkim dişlərimi müayinə etdi və təcili çəkilməlidi söylədi. Dişlərimi çəkdi və düzəltdiyi gözəl protez anadangəlmə dişlərimdən fərqlənmir. Həkimin sadəliyi, qayğıkeşliyi bütün insanlara olan xoş münasibəti bizi çox sevindirir.O, insanların sosial durumundan asılı olmayaraq hamıya eyni münasibət bəsləyir və hamıya eyni qayğıkeşliyi göstərir. İnsanlardan öz xeyirxahlığını əsirgəmir. Ömrüm boyu ona minnətdaram.
 
-Hörmətlə; Eldar müəllim.
 -Mən də öz övladımı Sevinc həkimin qəbuluna aparanda uşağın dişləri çox eybəcər idi və onun xarici görkəminə sözsüz ki, xələl gətirirdi. Həkim müayinə edərək : -Narahat olmayın. Bir qədər səbir sizdən, gözəl inci tək saf, sağlam dişlər məndən deyərək fəaliyyətə başladı. Hansı prosedurların həyata keçirildiyi ilə bağlı məlumatları bu yazıya qeyd etməklə oxucunu yormaq niyyətində deyiləm. Lakin onu deməyi özümə borc bilirəm ki, nəticə ailəmizin ürəyincə oldu. Həkim Sevinc Nağıyevanın peşəkar stomatoloq olduğu onun qəbulunda daima pasiyent axını olduğu ilə təsdiqlənir və ona müraciət edənlərin sayı daima artmaq üzrədir.
Öz peşəsinin ustadı olan Sevinc Nağıyeva müqəddəs həkimlik adını daima uca tuturaq, deyir: - Biz yaddaşımızda həkk etməliyik ki Hipokrat andı içmiş həkimlərik və daima bu anda sadiq olmalıyıq. Bəli, nüfuz sahibi olan ziyalı, peşəkar həkim, təqdirəlayiq – şərəfli xidmətləri ilə əhalinin hörmətini qazanan həkim – stomatoloq  sözün əsl mənasında ən yüksək təltifə ən yüksək təltifə layiqdir və bu təltifi artıq o, əldə etmişdir. O təltif həkim Sevinc Nağıyevanın xalq tərəfindən əldə etdiyi ehtiram və inamdır.
Sözün əsl mənasında hippokrat andına sadiq həkim Sevinc həkimə bütün ziyalı təbəqə, Media nümayəndələri vəxalqımız adından dərin minnətdarlığımı bildirərək, həyatda ailəsi - əzizləri ilə bərabər səadət dolu ömür yolu, fəaliyyətində daima uğurlar diləyirik Uca Tanrıdan.


Tarix: 1-11-2020, 21:48 Oxunub: 765


Bölməyə aid digər xəbərlər