Ölkədə pandemiya ilə bağlı müəyyən yumşaldılmalar olsa da, hələ də bəzi qərarlar qüvvədədir. Yoluxmanın azalması, vaksinasiyanın uğurla davam etməsi bəzi qadağaların ləğvi məsələsini də gündəmə gətirir.
ATİA.AZ-ın məlumatına görə, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli deyib ki, maska qadağasını, eləcə də bir sıra məhdudiyyətləri biz rahatlıqla götürə bilərik. Çünki hazırkı vəziyyət bunu tələb edir.
Millət vəkilinin sözlərinə görə, ölkəmizdə koronavirusla bağlı atılan ilkin addımlar, vaksinasiya prosesi, dünyadakı tendensiyaları da nəzərə alsaq, yaxın günlərdə bəzi qadağaların ləğv edilməsi gözləniləndir.
“Nəticədə epidemioloji vəziyyətlə əlaqəli yumşalma qərarı və bunun zamanlanması isə son mərhələdə Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətləri daxilindədir. Bu qərarlar açıqlanana qədər mövcud olan qaydalara riayət etmək tövsiyə olunur”, – deyə millət vəkili vurğulayıb.
Xəzər Xəbər
Bölməyə aid digər xəbərlər