Şamaxıda ağır yol qəzası baş verib.
Hadisə noyabrın 16-da saat 20:30 radələrində, Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrliyində qeydə alınıb. “Azərişığ”ın vəzifəli əməkdaşı, 1990-cı il təvəllüdlü Əkbərli Emil Rafail oğlunun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə sürücü, avtomobildə olan sərnişinlər: sürücünün həyat yoldaşı, 2000-ci il təvəllüdlü Əkbərli Suğra Mirağa qızı və 2020-ci il təvəllüdlü oğlu ağır xəsarətlər alıblar. Xəstəxanaya yerləşdirilən 22 yaşlı Suğra Əkbərli bir neçə saat sonra vəfat edib.
Əldə etdiyimiz məlumata görə, İsmayıllı rayon sakini olan E.Əkbərli son günlərədək “Azərişıq” ASC-nin “Şimal-Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Oğuz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl işdən çıxıb və Bakıya təyinat alıb. Hadisə də vəzifəli şəxs ailəsi ilə birgə Bakıya gələrkən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bölməyə aid digər xəbərlər