Bakıda “BMW” hərbi hissəyə girdi... - dirək uçdu, işıqlar söndü...

Bakıda ağır yol qəzası baş verib. 
Salyan rayon sakini Cəlilov Fuad Fəxrəddin oğlu idarə etdiyi BMW markalı, 99-NM-420 dövlət nömrə nişanlı avtomobili hərbi hissənin divarına çırpıb. Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Avtomobil yoldan çıxaraq Müdafiə Nazirliyinin maddi-texniki təminat hərbi hissəsinin divarına çırpılıb. Nəticədə divar uçub, elektrik dirəyi aşıb. Ərazidə işıqlar sönüb.
Sürücü bildirib ki, qaranlıq yolda qəflətən qarşısına piyada çıxıb. O da piyadanı vurmamaq üçün sükanı qaçırmalı olub və qəza baş verib. 
Hadisə ilə bağlı araşdırma aparılır.


Tarix: 15-05-2022, 06:55 Oxunub: 302


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930