Bakıda 4 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi - ONU HANSI CƏZA GÖZLƏYİR?

Novxanı-Sumqayıt yolunda “Range-Rover” markalı avtomobil qəza törədib.
Belə ki, “Spring” hotelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan üç nəfər də ölüb.
Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, o, hadisə zamanı sərxoş olub.
Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.


Tarix: 14-06-2021, 23:33 Oxunub: 1 100


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31