Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.
Hadisə nəticəsində sayı iki nəfərə həlak olub. Ölənlərin 1980-ci il təvəllüdlü Könül Xudaverduyeva və 1962-ci il təvəllüdlü Mehriban Paşayeva olduğu müəyyən edilib.m Hadisə nəticəsində xəsarət alan və partlayış səbəbindən şoka düşən sakinlər də olub. Hazırda onlara yerləşdirildiyi xəstəxanada tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Bölməyə aid digər xəbərlər