13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Bakıda 19 maşını əzən avtobusla bağlı ilginc fakt - sürücü avtobusda olmayıb

      "Bakıda avtobus 19 maşını əzdi"  (https://atia.az/kriminal/12256-bakda-avtobus-19-man-zdi.html) sərlövhəli yazıya ƏLAVƏ:

“Gecə saat 02 radələrində Yasamalda baş verən zəncirvari qəza zamanı sürücü avtobusda olmayıb”.

Bu sözləri avtodəstə rəisi Tağı Məmmədov 165 nömrəli avtobusun gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində zəncirvari yol-nəqliyyat qəzasına səbəb olması haqda danışarkən deyib.

O, hadisə zamanı sürücünün evdə olduğunu bildirib:

“Həmin avtobus servis avtomobilidir və Yasamal istiqamətində yaşayan işçilər onunla daşınır. Sürücü işçiləri düşürdükdən sonra avtobusu park edib, evə gedib ki, səhər saat 4-də oyanıb, yenidən onları işə aparsın. Hadisə də təxmini gecə saat 01:40 radələrində baş verib. Avtobusda heç kim olmayıb, sürücü o vaxt evində yatıb. Fikrimizcə, yaranan problem nəticəsində avtobus öz-özünə hərəkətə başlayıb. Görüntülərə dəfələrlə baxmışıq, doğrudan da orada sürücü və ya başqa bir idarə edən adam olmayıb. Hazırda araşdırma aparılır”.

Qeyd edək ki, Bakının Əsəd Əhmədov küçəsində (Yeni Yasamal) yol kənarında park edilən marşrut avtobusu enişə doğru axıb, nəticədə qarşısına çıxan 19 maşını əzib.

 Globalinfo.az


Tarix: 5-08-2024, 11:35 Oxunub: 338


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı