Zarina Qurbanova necə "narkoman" oldu? (VİDEO)

     Baku TV-də yayımlanan "Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.
    Verilişin bu dəfəki qonağı aktrisa Zarina Qurbanova olub.

Aktrisa ona məşhurluq qazandıran "Komedixana” layihəsindən, atası ilə münasibətindən, canlandırdığı "narkoman” obrazından, botoks etdirən kişilərdən danışıb.
     "Uğurumu atama borcluyam. Bütün etdiklərim, öz ayaqlarım üzərində dayanma səbəbim atamın bir dəfə də olsun məni qucaqlayıb, "yaxşı ki sən mənim qızımsan” deməyini istəməyim idi. Atam olub, amma olmayıb.
Atalığı ancaq anamda görmüşəm. Amma atamı artıq bağışlamışam”.Z.Qurbanova "Narkoman” obrazını rahatlıqla canlandırmasının səbəbinə də aydınlıq gətirib:

    "Atam hərbçi olub. Ona görə də çox ölkə, şəhər, məktəb dəyişmişəm. Güclü müşahidəçi olmuşam. Elə məhəllələrdə yaşamışam ki, uşaqlıqdan narkomanları görmüşəm. Həyat elə gətirdi ki, ən yaxınım narkomaniyadan əziyyət çəkməyə başladı və mən hər an onun yanında oldum. Həmin hisslərin necə ağır olduğunu bilirəm”.


Tarix: 25-08-2023, 14:28 Oxunub: 1 276


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31