TƏBRİK edirəm!
18 dekabrda Yeni yaşınız mübarək, əziz, dəyərli və hörmətli Abbasov Zərdabi müəllim!
Bu münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, qarşıdakı və gələcək illərdə fəaliyyətinizdə daha çox uğurlar arzulayıram.
Qarşınızda hər zaman yaşıl işıq yansın!
Sizin kimi bir müdirlə işləmək şansına malik olmaq mənim üçün qürurvericidir. Nə qədər dəyərli olduğunuzu ifadə etmək üçün söz tapmaq, mənim üçün olduqca çətindir.
Sizinlə işləməyin həmişə xoş olduğunu bildirməkdən çox şadam. Siz alicənabsınız və həmişə səmimi qarşılanmağa layiqsiniz.
Sizə öz vəzifənizi inamla və qürurla tutmağınızı, həm də cəsarətlə və qətiyyətlə uğura yol açmağınızı, eləcə də bütün məqsədlərə çatmaq üçün cəsarətli və maneəsiz olmağınızı arzu edirəm. Sağlam olun, xoşbəxt yaşayın, hər günü təbəssümlə qarşılayın.
Allah Sizi qorusun!
Aybəniz ABDULOVA,
“Azərbaycan Jurnalistlər Birliyinin üzvü”, Jurnalist-yazar, araşdırmaçı.
Bölməyə aid digər xəbərlər