11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
28 May - Respublika günü münasibətilə "Milli Arxiv İdarəsi"nin rəis müavini Həsən Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Mehriban xanım Əliyevanı təbrik etdi...

 "Milli Arxiv İdarəsi"nin rəis müavini Həsən Həsənov 28 may-Respublika Günü münasibətilə Əliyevlər ailəsini təbrik edib. Təbrik mətnində deyilir:

 “Hörmətli  Cənab Prezident!!! Milli bayramımız –Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək ,şəxsən öz adımdan Sizə və hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət, fəaliyyətinizdə uğurlar diləyir, ən xoş arzularımı bildirirəm.
Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma  Azərbaycanımızı, Prezidentimizi Vətənimizi və Xalqımızı qorusun!
Mən, həmçinin  Azərbaycan  Milli  Arxiv İdarsinin  rəhbərlik  və  işçi heyəti adından   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər  Əliyev fondunun  prezidenti Mehriban Əliyevanı təbrik edir, ona sağlamlıq və şərəfli ömür yolunda böyük uğurlar arzu edirik!
Ən mühümü odur ki, Sizin peşəkar  siyasətçiliyinizin  nəticəsində indi  hər birimiz  çox şadıq ki, Torpaqlarımzın azad olunması ilə bağlı Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı.
Bizim bundan sonrakı  əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanı hərtərəfli inkişaf etdirək, ölkədə yaşayan hər bir insanın həyat səviyyəsinin yaxşılaşması üçün əlimizdən gələni əsirgəməyək.
Mən bir daha bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm!
Əminəm ki, xalqımız var olduqca 28 mayda elan edilmiş milli dövlətimizin hüquqi varisi olan müstəqil dövlətimiz - Azərbaycan Respublikası da var olacaq, tarixlər dəyişəcək, nəsillər dəyişəcək, amma 28 May - Respublika Günümüz dəyişməyəcək!
Məhz, bu gün də Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Və bundan  sonra da  bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq!”
Bəli, bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.
Xatırladaq ki, 28 may 1918-ci il tarixində Məhəmməd Əmin Rəsulzadə tərəfindən ilk Demokratik Dövlət - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Müstəqilliyimizin ilk illəri çox ağır, çətin keçirdi. Xalqın lideri, Ümummilli Liderin layiqli davamçısı olan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Azərbaycana rəhbərliyə gələndən sonra vəziyyət tamamilə dəyişdi və böyük səylər nəticəsində Azərbaycanda inkişaf dövrü başladı.
Sonda mən də media əməkdaşı  olaraq, ölkəmizin tarixində şanlı səhifə olan 28 may-Respublika Günü münasibəti ilə ürəkdən təbrik edir, bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.  Xalqımıza xoş güzəran, ruzi-bərəkət, firavanlıq və əmin-amanlıq diləyirəm.









AYBƏNİZ DƏNİZ


Tarix: 28-05-2021, 00:58 Oxunub: 382


Bölməyə aid digər xəbərlər