11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“Bu günü qürur hissi ilə qələmə alıram, nə xoş mənə...Xidmətiniz olduqca qürurvericidir, AZƏRBAYCAN POLİSİ!!!”-Jurnalist Aybəniz ABDULOVA


Hər il   2  iyul  tarixinin Azərbaycanda Polis günü kimi qeyd edilməsi  Daxili İşlər Naziri, general-polkovnik Cənab Vilayət Eyvazovun  bu ənənəyə  sadiq qalması müqəddəs  peşəyə  verdiyi  dəyərin  təzahürüdür.
Ulu Öndər Heydər Əliyevin  1998-ci il  24 may tarixli  Fərmanı ilə  2 iyul tarixi  Respublikamızda  “Polisi Günü” peşə bayramı kimi qeyd edilir.  Artıq ölkəmizdə  Polis orqanlarının yaradılmasından  104 il ötür.
 Bu böyük  tarixi illərdə yarandığı gündən bu günə kimi, Azərbaycanda   həyatını çətin, şərəfli peşəyə  həsr etmiş və etməkdə  əməyi olan polislərimiz  bu gün peşə bayramlarını  həm ailə daxilində, həm də iş kollektivlərində yüksək əhval-ruhiyyə və sevinc, fərəh  hissi ilə qeyd edirlər. 
Yenə əlimdə qələm, qarşımda vərəq  yazıram.  Mən Azərbaycan Polisindən yazıram!
Bəli,  bir media işçisi olaraq  bu günü  qürur hissi ilə  qələmə alıram, nə xoş  mənə…   
Doğulduğum  Bakı şəhərində illərdir ki,  Ölkəmin  təhlükəsizliyi  naminə  dövlətinə  sədaqətlə, ləyaqətlə  və  ən əsası vicdanla  xidmət  edən  və bundan sonra da edəcək  xalqımın  dayağı  üçün  güvənli Polis Ordum var!
Statistikaya nəzər salsaq görərik ki, digər ölkələrlə müqayisədə  Azərbaycan dövləti  məhz,  Polisin sayəsində bu gün  ən təhlükəsiz  şəhərlərdən biridir. Daxili İşlər Naziri, general-polkovnik Cənab Vilayət Eyvazovun  rəhbərliyi ilə  Azərbaycan Polisi  hər gün, hər dəqiqə  istirahət  etmədən cinayətkarlığa qarşı sərt mübarizə aparır.  Vətəndaşlarımızın  təhlükəsizliyi üçün hər an yarana biləcək təhlükələrdən  ayıq-sayıq  qoruyur.
Araşdırmaçı jurnalist olaraq çox təəssüf  hissi ilə qeyd etməyə məcburam ki,  son zamanlar ölkəmizdə  polislərin vətəndaşlar tərəfindən  soyuqqanlı  münasibətə, kobud rəftara məruz qaldığı halların canlı şahidi olduq. Belə ki, kimisi qanunu pozduğu halda, Polisin: “Vətəndaş  qanuna  tabe ol!”- kimi  əmrinə məhəl qoymadığını, əksinə  polisin üstünə hücum çəkib, jiletini cırdığını,  işgüzar nüfuzuna xələl gətirici  ifadələr işlətdiyini  eşitdik.
 Ən kövrəldici məqam isə  mən deyərdim ki,  polislərimizin cinayət hadisələrin qarşısını alarkən deyil, son günlərdə xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində  bəzilərinin xəsarət, əksəriyyətinin  isə  həyatlarını itirdikləri olub.  Amma  buna baxmayaraq Polis sıralarında  xidmətdə fərqlənən torpaqlarımızın işğaldan  azad  edilməsi  uğrunda  gedən Vətən müharibəsində şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən  “Milli Qəhrəman” adına  layiq  görülmüş  orden və medallarla təltif edilmiş   Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşları vardır.
Bu günü qürur hissi ilə qeyd edə bilərəm ki, Azərbaycan torpağının bütövlüyünü  44 Günlük  müharibədə  erməni faşizimindən  qoruyarkən  düşmənlə   çiyin-çiyinə vuruşaraq gözlərini  bir an belə qırpmadan həyatlarını təhlükəyə ataraq  öz xidməti vəzifələrini  cəsarətlə, vicdanla fədakarcasına yerinə  yetirərkən xidməti öz həyat amallarına çevirən  Polislər  sırasında şəhidlik məqamına qovuşanlar da var. Onların adı  ölkəmizdə   ehtiramla  yad edilir.
  Bu gün Azərbaycanda  işğal olunmuş torpaqlarımızın alınmasında rəşadət göstərən peşəkar  Polis heyətinin  olması   bir   jurnalist kimi mənə  qürurvericidir.  Bəli, xidmətiniz olduqca qürurvericidir, Azərbaycan polisi!
Fəxr edirəm  Ölkəmin Polisi ilə! Ona görə ki, dövlətimiz Polislərin sayəsində qorunur və inkişaf edir. Bu,  məni  bir  jurnalist olaraq daha çox sevindirir. 
Polis peşəsi çətin olduğu qədərdə şərəflidir. Çiyinlərdə paqon daşımaq  Polislərimizin ən başlıca vəzifələrindən biridir. Yaxınlarına, sevdiklərinə vaxt ayıra bilmir.   Dostları toyda, nişanda vaxt keçirəndə, Polislərimiz  isə bayram etmədən gecə-gündüz  ictimai asayişi  layiqincə qoruyur.
Düşünürəm ki, Siz  xidmətdə olmasanız,  bəlkə də mən  əlimə qələm alıb  Sizə bu gün haqda rahat  və  əhatəli  “Xoş Təbrik” yaza bilməzdim…
Əziz və dəyərli Polislərimiz!  
İlk öncə  başda Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov cənabları olmaqla, Azərbaycan Polisinin yaradılmasının 104-cü ildönümü münasibətilə Sizləri səmimi qəlbdən təbrik edirəm. Hər birinizə sağlam uzun ömür,  xoşbəxtlik  və  şərəfli  peşə xidmətinizdə uğurlar  arzulayıram!
44 Günlük müharibədə  Vətən, torpaq  uğrunda canlarından keçmiş  igid, mərd  və  qorxmaz  Polislərimizə  Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm!

“Azərbaycan Jurnalistər Birliyinin üzvü”,
yazar, araşdırmaçı jurnalist Aybəniz ABDULOVA.


Tarix: 2-07-2022, 10:34 Oxunub: 378


Bölməyə aid digər xəbərlər