Bakıda qadına qarşı əxlaqsızlıq edən şəxslə bağlı - DİN-dən açıqlama


Paytaxtın Nərimanov rayonu ərazisində qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs müəyyən olunub.
 
Bu barədə DİN-in Mətbuat  xidmətindən  bildirilib.
Qeyd edilib ki, Nərimanov RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Rasim Səfərov polis orqanına dəvət olunaraq araşdırmalar aparılıb:
"Araşdırmalarla məlum olub ki, R.Səfərovun üçüncü qrup əlilliyi var, nevroloji xəstəliklərin daşıyıcısıdır. İctimai yerdə olan hərkətlərlə bağlı onun ailə üzvləri məlumatlandırılmaqla izahat işləri aparılıb".
Qeyd edək ki, ötən gün “Gənclik” metrostansiyası yaxınlığında qadına qarşı əxlaqsız hərəkət edən gəncin döyülməsinin görüntüləri yayılmışdı. Belə ki, hadisə vaxtı qadın yolda gedərkən bir nəfər onun paltarını qaldırıb. Həmin şəxs ətrafdakı insanların sərt reaksiyası ilə üzləşib və döyülüb. Bundan sonra o qaçaraq ərazidən uzaqlaşıb.

Manset.az



Tarix: 8-06-2022, 12:46 Oxunub: 298


Bölməyə aid digər xəbərlər
14-03-2021, 21:21 Azərbaycanda qadın olmaq...


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930